Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

FİFA korrupsiyada ittiham edildi

Dünyada FİFA kimi ziddiyyətli idman federasiyası yoxdur.

Simsar.az-ın məlumatına görə, belə bir iddia ilə dünyaca məşhur "Financial Times" qəzeti çıxış edib.

Qəzetin yazdığına görə, son 4 ildə FİFA-da korrupsiya ilə bağlı ittihamlar gündəlikdən düşmür:

"FİFA isə nə əməlli-başlı istintaq aparır, nə də istintaqı tam açıqlayır. Son korrupsiya ittihamları onunla bağlı idi ki, 2018-ci ildə Rusiyanın, 2022-ci ildə Qətərin futbol üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi etməsi qərarlarında rüşvətin rolu olub. İndi FİFA guya məsələni araşdırandan sonra qərar verdi ki, korrupsiya ittihamları özünü doğrultmadı, bu ölkələr planlaşdırıldığı kimi dünya kuboku yarışlarını keçirəcəklər".

Ancaq sözügedən məqalədə iddia olunur ki, hesabatı hazırlayan amerikalı vəkil Mikail Qarsiyaya istintaq apararkən rüşvətdə şübhəli bilinən FİFA rəsmilərinin Rusiya və Qətər nümayəndələri ilə telefon danışıqlarının yazısını dinləməyə və e-maillərini oxumağa icazə verilməyib:

Vəkilin araşdırmasının nəticəsi olaraq hazırlanan hesabat 350 səhifə olsa da sənədi FİFA rəhbərliyi ixtisar edib, 42 səhifəyə salıb. Hesabatın bu formada ixtisar olunmasına hətta Qarsiya belə razılaşmayıb. O, bildirib ki, bu hesabatda xeyli səhvlər var.

Məqalə müəllifi hesab edir ki, FİFA-da tezliklə dəyişikliklər olacaq: "Dünya kubokunun növbəti 2 ev sahibi yerində qaldı. FİFA prezidenti düşünür ki, bu "tufan"ı necə sakitləşdirsin".






14 Noyabr, 2014  22:29 Baxılıb: 785 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner