Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Tez sönən ulduz futbolçular…

Yaxşı futbolçu olmaq üçün bacarıq kifayət etmir. Fəth olunan zirvəni əldə saxlamaq, daim yüksəlişdə olmaq üçün öz üzərində çalışmalısan. Bəzi ulduzlar isə şəxsi həyatlarındakı problemləri, zədələri və futboldankənar həyatlarının qurbanına çevriliblər. Simsar.az bir vaxtların parlayan, lakin tez sönən ulduz futbolçularını xatırladır…

Robinyo

“Real Madrid”dəki oyunu ilə göz oxşayan Robinyo Braziliya forması ilə də uğurlar qazandı. Bu uğurlu çıxışın isə ardı gəlmədi. Futbolçu 30 yaşında “Santos”a qayıtmağa məcbur oldu.

Adriano

“İnter”ə transfer olunanda böyük ümidlər vəd edən digər braziliyalı son dövrlərdə artıq çəkiləri və futboldankənar həyatı ilə daha çox gündəmə gəlirdi. Bir müddət vətənində top qovan ulduz hazırda Fransanın “Havr” klubunun formasını geyinir.

Tuncay Şanlı

“Fənərbaxça” forması ilə bir çox uğura imza atan futbolçu “Premyerliqa” və “Bundesliqa” klubları ilə heç bir nailiyyət əldə edə bilmədi. Futbolçu hazırda Qətərin “Umm-Salal” klubunun şərəfini qoruyur.

Linkoln

“Şalke” və “Qalatasaray”da sərgilədiyi oyunla ad qazanan Linkoln karyerasının növbəti mərhələsində uğurdan uzaq düşdü. Futbolçu hazırda “Koritiba” klubunda çıxış edir.

Elano

“Mançester Siti”nin heyətində tanınan braziliyalı futbolçu milli komandada da sərgilədiyi oyunla göz oxşayırdı. “Qalatasaray”a transfer edildikdən sonra isə bəslənən ümidləri doğrultmadı. Hazırda isə Hindistanın “Çennai” klubunda oynayır.

Adebayor

“Arsenal”, “Mançester Siti” və “Real Madrid” kimi klublarda forma geyinən futbolçu son dövrlərdə əvvəlki formasından xeyli uzaqdır. “Tottenhem”ə məxsus olan Adebayor son oyunlarda əsas heyətdən belə kənarda qalıb.

Fernando Torres

“Atletiko Madrid” və “Liverpul” formalarında ulduzu parlayan ispaniyalı əldə etdiyi ardıcıl uğurların davamını gətirə bilmədi. “Çelsi”də əvvəlki oyununu sərgiləyə bilməyən futbolçu hazırda “Milan”da çıxış edir.

Mario Balotelli

Erkən yaşlarında şöhrət qazanan italiyalı futbolçu “İnter” və “Mançester Siti” formaları ilə böyük nailiyyətlər əldə etdi. “Milan”da isə daha çox futboldankənar fəaliyyəti ilə müzakirə mövzusuna çevrilən Balotelli hazırda “Liverpul”un əsas heyətində yer almaq üçün mübarizə aparır.

Daniel Qüiza

İspaniya millisinin heyətində qazandığı uğurlarla gündəmə gələn futbolçu “Malyorka”dan “Fənərbaxça”ya transfer olundu. Böyük ümidlərlə Türkiyəyə gətirilən Qüiza əvvəlki çıxışını sərgiləyə bilmədi. Futbolçu hazırda Paraqvayın “Çerro Portenyo” klubunun şərəfini qoruyur.

Pato

“Milan”dakı çıxışı ilə göz oxşayan Pato ardıcıl zədələr səbəbilə formasından uzaq düşdü. Nəticədə, vətəninə qayıtmağa məcbur oldu. Hazırda “San Paulo”da çıxış edir.

Kaka

Gənc yaşlarında “San Paulo”dan “Milan”a transfer olunan Kaka çox keçmədən bütün Avropanın diqqət mərkəzinə düşdü. Milli komandanın heyətində də bir çox uğurlara imza atan futbolçu “Real Madrid”də əsas heyətə düşməkdə çətinlik çəkdi. Yenidən “Milan”a qayıdan futbolçu əvvəlki komandasına da lazım olmadı. Hazırda isə “San Paulo”nun şərəfini qoruyur.

Vüsal Məmmədzadə

 

 

 

 

 






13 Noyabr, 2014  15:29 Baxılıb: 966 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner