Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

4 cüdoçumuz irəlilədi

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Simsar.az xəbər verir ki, açıqlanan siyahıda Azərbaycan millisinin aparıcı üzvlərindən dördü irəliləsə də, altısı isə geriləyib.

Komandamızın heyətində “Böyük Dəbilqə”də gümüş medal qazanan Tərlan Kərimov (66 kq) birdən-birə 52 rəqibini arxada qoyaraq, 35-ci yerə yüksəlib. Həmin turnirin qalibi olan Orxan Səfərov, bürünc mükafatçıları İlqar Müşkiyevlə (60 kq) Rüstəm Orucov (73 kq) da irəliləyənlər sırasındadı. Orxan 5-ci (+2), digərləri 11-ci (+1; +4) pilləyə qalxıblar.

Dünya çempionu Elxan Məmmədov (100 kq) mövqeyini qoruyub. O, yenə 4-cü yerdədir.

Son yarışlarda lazımı nəticəni göstərə bilməyən Nicat Şıxəlizadə (66 kq), Məhəmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 81 kq), Şahin Qəhrəmanov (90 kq), Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) isə geriləyiblər. Onlar müvafiq olaraq, 11-ci (-1), 49-cu (-1), 63-cü (-1), 27-ci (-2), 6-cı (-1) və 24-cü (-1) yerə eniblər.

Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.

 






13 Noyabr, 2014  13:26 Baxılıb: 808 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner