Ötən gecə dünyanın yaşıl meydanlarında bir sıra yoldaşlıq görüşləri baş tutub. Simsar.az xəbər verir ki, maraqlı oyunlardan biri İstanbulda keçirilib. Burada Türkiyə millisi Braziliyanı qonaq edib. Oyun Cənubi Amerika təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.
“Avro-2016”nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibləri olan Norveç və Xorvatiya da hazırlıq matçında qüvvələrini sınayıblar. Skandinavlar Estoniyaya, Balkan təmsilçisi isə Argentinaya məğlub olub:
Türkiyə - Braziliya - 0:4
Qollar: Neymar, 20 (0:1), Kaya, 24-avtoqol (0:2), Vilian, 44 (0:3), Neymar, 60 (0:4)
Hollandiya – Meksika - 2:3
Qollar: Karlos Vela, 8 (0:1), Sneyder, 49 (1:1), Vela, 62 (1:2), X.Hernandez, 69 (1:3), Blind, 74 (2:3)
Belçika – İslandiya - 3:1
Qollar: Lombaerts, 11 (1:0), Finboqason, 13 (1:1), Orici, 62 (2:1), Lukaku, 73 (3:1)
Norveç – Estoniya - 0:1
Qol: Vasilyev, 24 (0:1)
Xorvatiya – Argentina - 1:2
Qollar: Şarbini, 11 (1:0), Ansaldi, 49 (1:1), Messi, 57-pen (1:2)
Vüsal Məmmədzadə