Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Belarusun idman naziri Mingəçevirə gedəcək

Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov məlumat verib

MDB Bədən Tərbiyəsi və İdman Şurasının Bakıdakı iclasına qatılan Belarusun idman və turizm naziri Oleq Kaçan aprelin 16-da Mingəçevirə yollanacaq.

Bu haqda Simsar.az-a şuranın yeni sədri, Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov məlumat verib. 

Onun sözlərinə görə, Kaçan ötən il istifadəyə verilmiş “Kür” Olimpiya Mərkəzinin imkanları ilə tanış olacaq. İsmayılov bildirib ki, Belarus tərəfi gələcəkdə öz idmançılarının, xüsusən avarçəkənlərinin bu idman qurğusunda təlim-məşq toplantıları keçirməsində maraqlıdır. Bu səbəbdən, Kaçan olimpiya mərkəzi ilə yerindəcə tanış olacaq.

Qeyd edək ki, Oleq Kaçan Bakıdakı toplantıyadək MDB Bədən Tərbiyəsi və İdman Şurasının sədri olub. Sonra o, yerini Azərbaycanın təşkilatdakı nümayəndəsi İsmayıl İsmayılova verib.






16 Aprel, 2011  00:48 Baxılıb: 1405 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner