Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

"Hücum futbolu oynayacağıq" - Rəqib məşqçi

Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”la qarşılaşacaq “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç oyun haqda fikirlərini bildirib.

Simsar.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis oyunöncəsi bu gün Bakıda təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Ukrayna KİV-ləri yazıb ki, “Dnepr”in itiriləcək bir şeyi olmadığı üçün “Qarabağ”la cavab matçında sırf hücum futboluna üstünlük verəcək.

- Əlbəttə ki, itiriləcək bir şey yoxdur. Avroliqada mübarizəmizi davam etdirmək istəyiriksə, sabah əlimizdən gələni etməliyik və hücum futbolu oynamalyıq.

- Deməli, ilk dəqiqələrdən iki hücumçu ilə oynayacaqsınız?

- Hələ bu haqda bir söz deyə bilmərəm. “Şaxtyor”la oyunu da nəzərə almalıyıq. Sabah bu məsələni dəqiqləşdirəcəyik.

- “Şaxtyor”la oyuna güc saxlayacasınız, yoxsa sizin üçün əsas Avroliqadır?

- Biz istəyirik ki, hər iki cəbhədə mübarizə aparaq. Təbii ki, “Dnepr” həmişə iddialı olub. Yaxşı olardı ki, həm Avroliqada, həm də çempionatda nəticə qazanaq. Ola bilsin ki, sabah bəzi futbolçulara istirahət verdik.

-  “Qarabağ”la ilk oyunda Roman Zazulya oynamasa da, “Şaxtyor”la mayçda ona şans verdiniz. Sabah onu meydanda görə bilərik?

- Zazulyadan başqa daha iki hücumçumuz da var. Onların hər birindən istifadə edə bilərik. Bütün bu məslələrə bugünkü məşqdən sonra aydınlıq gələcək.






5 Noyabr, 2014  18:30 Baxılıb: 784 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner