Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Futbolçuların mafiya qorxusu 5 avtoqolla nəticələndi

İndoneziya Futbol Federasiyası (İFF) idman mübarizəsi prinsiplərini pozduqlarına görə, “Sleman” və “Slemaranq” klublarını İndoneziya Kuboku uğrunda turnirdən uzaqlaşdırıb.

Simsar.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu komandalar arasında dörddəbir final matçında beş avtoqol vurulub ki, həmin qolların da üçünü “Sleman” komandası görüşün son üç dəqiqəsində vurub.

Bütün səylərə baxmayaraq, matç 3:2 hesabı ilə “Sleman”ın xeyrinə başa çatıb.

İFF-nin bəyanatında deyilir: “Əldə olan materiallara görə, nəzarət komitəsi hər iki komandanın məğlubiyyət arzusunda olması qənaətinə gəlib. Videoda aydın şəkildə görünür ki, futbolçular bilərəkdən müqavimət göstərmir, əksinə rəqibə kömək edirlər. Hər iki klub diskvalifikasiya olunub”.

KİV-lərin yaydığı məlumata görə, komandalar İndoneziya Kubokunun növbəti mərhələsinə çıxmamaq üçün qəsdən zəif oynayıblar. Qeyd edək ki, həmin mərhələdə qalib komandanın rəqibi yerli mafiya ilə sıx bağlı olan “Borneo” futbol klubudur.

”Borneo” ilə hansı komandanın görüşəcəyi barədə qərar isə daha sonra qəbul ediləcək.






29 Oktyabr, 2014  20:38 Baxılıb: 799 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner