Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Mehman Yunusovun komandası 5-likdə - TURNİR

Litvanın paytaxtı Vilnüsdə keçirilən “Ateitis Cup-2014” beynəlxalq turnirinə yekun vurulub.

Simsar.az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının 15 yaşadək futbolçulardan ibarət komandası yarışın son günündə üçüncü yer uğrunda matça çıxıb. Turnirin B qrupunda ikinci yeri tutan baş məşqçi Mehman Yunusovun komandası A qrupunun ikincisi olan Belarus təmsilçisi BATE ilə görüşüb.

Gərgin idman mübarizə şəraitində keçən matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan belaruslular 10:9 hesabı ilə qalib gəliblər. Beləliklə, “Qəbələ” yekunda 4-cü pillə ilə kifayətlənib.

Turnirin qalibi adını isə Litvanın Milli Futbol Akademiyasının komandası qazanıb. Yarışın təşkilatçısı “Ateitis” klubu ikinci olub.

Qeyd edək ki, qrup mərhələsində “Feniks” (Kaunas, Latviya) və “Orbita”nı (Belarus) 2:1, “Dinamo”nu (Kiyev, Ukrayna) 4:0 hesabı ilə məğlub edən “Qəbələ” “Minsk”lə (Belarus) 0:0 hesablı heç-heçə edib. Komandamız qrupdakı yeganə məğlubiyyətini turnirin qalibi olan Milli Futbol Akademiyası (Litva) ilə görüşdə alıb – 0:2.

 






29 Oktyabr, 2014  09:23 Baxılıb: 793 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner