Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsa Qəmbər və Əli Kərimli istintaqa çağırılıb

Hər iki partiya sədri sabah Baş Polis İdarəsində olacaq

Müsavat Partiyası başqanı İsa Qəmbər Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. Bu barədə simsar.az -a Müsavat başqanının müavini Tofiq Yaqublu məlumat verib.

O, İ. Qəmbərin aprelin 2-də İctimai Palatanın keçirdiyi etiraz aksiyanda baş verənlərlə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev tərəfindən istintaqa şahid kimi ifadə vermək üçün dəvət olunduğunu bildirib. İ. Qəmbər dəvətdə göstərildiyi vaxt - saat 11.00-da BŞBPİ-də olacaq.

AXCP sədri Əli Kərimliyə də analoji çağırış gəlib. AXCP sədrinin köməkçisi Faiq Əmirov APA-ya açıqlamasında Ə Kərimlinin də istintaqa saat 11.00 üçün çağırıldığını və həmin vaxt BŞBPİ-yə gedəcəyini söyləyib.






14 Aprel, 2011  18:45 Baxılıb: 1205 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner