Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Real Madrid” daha bir türk futbolçu alır

Türkiyə yığmasının futbolçusu Nuri Şahinə transfer təklifi ünvanlandı

İspaniyanın “Real Madrid” klubu Almaniyanın “Borussiya ” (Dortmund) komandasının və Türkiyə yığmasının futbolçusu Nuri Şahinə transfer təklifi ünvanlayıb.

Simsar.az-ın “Bild”ə istinadən verdiyi məlumata görə, Bundesliqanın hazırkı lideri ilə 23 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2013-cü ildə başa çatır. 

“Borussiya”nın heyətində keçirdiyi uğurlu mövsümlə əlaqədar Şahinin qiyməti 17 milyon avroyadək yüksəlib. Lakin anlaşmada belə bir bənd var ki, 6 milyon avro təklif edən klub onu ala bilər. “Real Madrid”in baş məşqçisi Joze Mourinyo da istedadlı futbolçunun transferində maraqlıdır. Nuriyə Dortmund klubunda aldığından 2 qat çox, yəni 4 milyon avro əmək haqqı təklif olunub. “Borussiya” rəhbərliyi onunla müqavilə müddətini uzatmağa çalışsa da, cəhdləri boşa çıxıb.

Digər tərəfdən, Nuri Şahin ötən yay “Verder”dən “Real Madrid”ə keçən türk əsilli futbolçu Məsut Özillə yaxın dostdur. Onların hər ikisinin meneceri isə Reza Fazelidir. Lakin Şahin son zamanlar adının bir çox klubla bağlandığını etiraf etsə də, bütün diqqətini Dortmund “Borussiya”sı ilə Almaniya çempionluğuna yönəltdiyini vurğulayıb. O, başqa məsələlərlə maraqlanmadığını əlavə edib.

Qeyd edək ki, Nuri Şahin 5 sentyabr 1988-ci ildə Dortmund yaxınlığındakı Lüdenşeyd şəhərində anadan olub. O, 2001-ci ildən “sarı-qara” komandada oynamağa başlayıb və 16 yaşında Bundesliqada qol vuran ən gənc futbolçu sayılır.






14 Aprel, 2011  03:57 Baxılıb: 1408 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner