Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Ebolanın qənimi Tofiq həkim imiş - Maraqlı CAVAB

Syerra-Leone millisinin üzvü Con Kamara Yunanıstanın II dəstəsində mübarizə aparan “Lamiya”nın heyətindən uzaqlaşdırılıb. Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerunla qarşılaşmadan geri dönən futbolçu karantinə alınıb.

Buna səbəb “qara qitə”də yayılan Ebola virusudur. Kamaraya 21 günlük karantin müddətində komanda üzvləri ilə təmasda olmamaq göstərişi verilib.

“Neftçi”nin futbolçusu Julius Vobay da Syerra-Leonenin heyətində Kameruna qarşı oyunda 90 dəqiqə meydanda olub.

Bəs “Neftçi” rəsmiləri də Yunanıstan klubunun rəhbərliyi kimi qabaqlayıcı tədbir görüblərmi, Vobay həkim yoxlamasından keçibmi?

Simsar.az xəbər verir ki, Komanda.az saytı bu məsələ ilə bağlı “ağ-qaralar”dan münasibət öyrənib.

Klub prezidenti Sadıq Sadıqovun müşaviri Elnur Əşrəfoğlu J.Vobayın nəzarət altında olduğunu bildirib: “Vobay Afrikadan qayıtdığı gündən bəri həkimlər ona nəzarət edir. Bədəninin hərarəti tez-tez yoxlanılır. Hələ ki, hansısa problem aşkarlanmayıb. Problem olarsa, klubumuzda çalışan Tofiq həkim var, onun iynələri ilə nəinki Ebolanın, başqa xəstəliklərin də qarşısını almaq olar”.






18 Oktyabr, 2014  15:23 Baxılıb: 875 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner