Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Özünü yaxşı tərəfdən göstərən milliyə çağrılacaq” – Qurbanov

Azərbaycan milli komandasının yeni baş məşqçisi Mahmud Qurbanovun müsahibəsi:

- Yeni təyinat barədə sizi təbrik edirik. Nə deyə bilərsiniz?

- Yığmada çalışmaq şərəfli, amma çətin işdir. Mənə etimad göstərdikləri, inandıqları və şans verdikləri üçün AFFA rəhbərliyinə minnətdaram. Sizin də dəstəyinizlə əlimizdən gələni edəcəyik ki, Norveçlə noyabrın 16-da keçirəcəyimiz oyundan uğurlu nəticə ilə ayrılaq.

- Yəqin ki, millidə qalıb işləməyinizin Norveçlə görüşdəki nəticədən asılı olduğunun fərqindəsiniz...

- Mən heç bir rəqibdən qorxmuram. Hazırda əsas diqqətimiz Norveçlə oyuna yönəlib. Düzdür, gələcək karyeranı düşünən insanam. Amma bu gün növbəti rəqibi düşünməliyik, yaxşı nəticə, futbol üçün əlimizdən gələni edəcəyik.

- Foqtsun İtaliya və Xorvatiya ilə qarşılaşmalara Mahir Şükürovla Vaqif Cavadovu çağırmaması xeyli tənqid olundu. Sizin necə, onları qaytarmaq planınız var?

- Bu barədə plan qurmamışam. Kim özünü yaxşı tərəfdən göstərəcəksə, çağırılacaq. Xarici çempionatlarda çıxış edən legionerlərimizdən yararlanmaq lazımdır. Bu, xüsusən, klubda oyun praktikası və millidə təcrübəsi olanlara aiddir.

- Bəs onların çıxışlarını yerindəcə izləyəcəksiniz?

- Yəqin ki, legionerlərimizi izləməyə gedəcəyəm. Hələlik qarşıdakı planlarımı tam müəyyənləşdirməmişəm. Dəqiqləşmə olan kimi konkret addımlar atacağıq.

- Foqtsun vaxtında milliyə cəlb olunmuş əcnəbi futbolçuları Siz də yığmaya çağıracaqsınız?

- Həmişə demişəm ki, yığmada yerli futbolçular yer almalıdır. Yenə də fikrimdə qalıram. Onlardan hardasa biri çağırıla bilər. Təyinat yeni olduğundan, hələ bu barədə düşünməmişəm.

- Norveçlə oyunda yaxşı nəticə üçün çalışacağınızı dediniz. Konkret, hansı nəticəni nəzərdə tutursunuz?

- Təbii ki, güclü rəqiblə qarşılaşacağıq. Amma hücum futbolu sərgiləyərək, xal qazanmağı düşünürük.

(sportnet.az)

 






18 Oktyabr, 2014  14:27 Baxılıb: 767 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner