Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azərbaycan və Rusiya çempionları eyni qrupda

Futzal üzrə Azərbaycan çempionu “Araz”ın UEFA Kubokunun elit mərhələsindəki daha iki rəqibi müəyyənləşib. Simsar.az-ın məlumatına görə,İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Naxçıvan təmsilçisinin rəqiblərinə aydınlıq gəlib.

“Araz”ın bilinən ilk rəqibi Çexiyanın “Xrudim” klubu idi. Elit mərhələnin oyunları məhz Xrudim şəhərində keçiriləcək. B qrupunda mübarizə aparacaq təmsilçimiz Rusiya çempionu “Dina” (Moskva) və Slovakiyanın “Slov-Matik” klubları ilə mübarizə aparacaq.

İngiltərə çempionu "Bakı Yunayted" isə D qrupuna düşüb. Azərbaycanlıların klubu "Barselona", "Beretyouyfolu" və "Lokomotiv"lə yarışacaq.

Elit mərhələnin oyunları noyabrın 18-dən 23-dək keçiriləcək. “Araz”ın yeni baş məşqçisi Faustino Peres cari avrokubok mövsümündə ilk ciddi sınağını məhz UEFA Kubokunun elit mərhələsində verəcək. Bu mərhələdə 4 qrup qalibi aprelin sonlarında keçiriləcək “Dördlər finalı”na vəsiqə qazanacaq.

A qrupu: Sportinq (Portuqaliya)*, İnter (İspaniya), Qrand Pro (Bolqarıstan), Şarlerua (Belçika).

B qrupu: Xrudim (Çexiya)*, Araz (Azərbaycan), Dina (Moskva, Rusiya), Slov-Matik (Slovakiya).

C qrupu: Kayrat (Qazaxıstan)*, Sportinq (Fransa), Nikars (Latviya), Ekonomats (Serbiya)

D qrupu: Barselona (İspaniya)*, Beretyouyfolu (Macarıstan), Baku Yunayted (İngiltərə), Lokomotiv (Xarkov, Ukrayna).

Qeyd: * işarəsi ilə göstərilən komandalar elit mərhələdə meydan sahibləridi.






17 Oktyabr, 2014  21:45 Baxılıb: 844 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner