Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Sabiq “Valensiya”lı “Araz Naxçıvan”da

Futzal üzrə Azərbaycan çempionu “Araz” bir müddət öncə Azərbaycanı tərk edən Joze Alesioya əvəzləyici tapıb. Simsar.az Apasport.az-a istinadən xəbər verir ki, Naxçıvan təmsilçisini bundan sonra 45 yaşlı ispaniyalı mütəxəssis Tino Peres çalışdıracaq.

1996-cı ildə “Talavera” klubunun “sükanı arxası”na keçən mütəxəssis ilk cəhdindəcə komandasını çempion edib. Bu nəticə Peresə İspaniyada “ilin məşqçisi” adını qazanması üçün kifayət edib. Peres 1998-ci ildə “Talavera”nın baş məşqçisi kimi Rusiyanın “Dina” klubunu məğlub etməklə Avropa Çempionlar Kubokunu qazanmağa müyəssər olub.

2000-ci ildə təcrübəli məşqçi “Playas de Kastelyon”u qəbul edib. Məhz onun rəhbərliyi altında klub Avropa nəhənginə çevrilib.

Belə ki, “Playas de Kastelyon” ardıcıl 2 dəfə futzal üzrə UEFA Kubokunun qalibi olub. Peres “Playas de Kastelyon”dan sonra İspaniyada “Askar Luqo”, “Reale Kartaxena” və “Arminyana” (indiki “Valensiya”) klublarını çalışdırıb. O, legioner məşqçi kimi isə Braşov “Dizayn Konstrukt”u və Moskva “Dinamo”sunda işləyib.

Qeyd edək ki, Joze Alesio AFFA ilə müqaviləsini birtərəfli şəkildə pozaraq Qazaxıstanın “Kayrat” klubunda məşqçi kimi işləməyə başlayıb.

 






16 Oktyabr, 2014  15:05 Baxılıb: 853 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner