Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Olimpiya çempionu siyasətə keçdi

ABŞ-ın atletika üzrə 9 qat olimpiya və 8 qat dünya çempionu Karl Lüis Nyu-Cersi ştatının senatına seçkilərdə namizədliyini verəcək 

Simsar.az-ın “Philadelphia Inquirer” nəşrinə istinadən verdiyi məlumata görə, Lüis bu niyyətini mətbuat konfransında açıqlayıb. 

Yerli məktəblərdən birində atletika komandasını hazırlayan veteran idmançı daha ştatda xeyirxahlıqla məşğul olmaqla kifayətlənmək istəmədiyini söyləyib. Lüisin namizədliyini verəcəyi 7 dairə respublikaçılarla əhatələnib. Senatda dairənin nümayəndəsi Don Mari Addienqo sayılır. Onun səlahiyyət müddəti isə tezliklə başa çatır. Digər tərəfdən, hər iki palatada çoxluq demokratlara məxsusdur. Nyu-Cersi qubernatoru kreslosu respublikaçı Kris Kristiyə məxsusdur. Əlverişsiz şəraitə baxmayaraq, respublikaçılar Lüisin namizədliyini irəli sürməsinə ciddi yanaşırlar.

Qeyd edək ki, Karl Lüis ilk qızıl medalını 1983-cü il dünya çempionatında qazanıb. Növbəti il o, ilk dəfə olimpiya çempionu olub. Lüis medallara 100 metr və 200 metr məsafələrə qaçışda, 4X100 metr məsafəyə estafet qaçışında və uzununa tullanmada sahib çıxıb.






13 Aprel, 2011  15:00 Baxılıb: 1433 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner