Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Suarez “Qızıl ayaqqabı”ya qovuşdu

Ötən mövsüm "Liverpul"un heyətində vurduğu 31 qolla "Qızıl ayaqqabı" mükafatına layiq görülən Luis Suares arzusuna çatıb.

Simsar.az Qol.Az-a istinadən xəbər verir ki, Barselonada Avropa İdman Mediyası tərəfindən təşkil olunan təqdimetmə mərasimində uruqvaylı futbolçu mükafatına qovuşub.

Suaresə "Qızıl ayaqqabı" mükafatını "Liverpul"un canlı əfsanəsi Kenni Dalqliş təqdim edib. "Fərdi olaraq hər zaman arzuladığım bir mükafatdır. Lakin komanda yoldaşlarım olmadan bu mükafatı qazana bilməzdim" - deyə Suares bildirib. Cəzasının bitməsinə az qalan təcrübəli futbolçu eyni zamanda "Barselona"nın heyətində meydana çıxacağı günü səbirsizliklə gözlədiyini deyib.

Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub. Onun oktyabrın 25-də keçiriləcək "Real" (Madrid) - "Barselona" görüşündə meydana çıxacağı gözlənilir.

 






16 Oktyabr, 2014  08:25 Baxılıb: 853 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner