Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

8 klub Azərbaycan Kubokundan imtina etdi

8 klub Azərbaycan Kubokunda iştirakdan imtina edib. Simsar.az Sportnet.az-a istinadən xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verib.

Hüseynovun sözlərinə görə, həmin klublar I divizionda yer alan "Göyəzən", "Energetik", "Şəmkir", "Şuşa", "Turan Tovuz", "Kəpəz", "Bakılı" və "Mil-Muğan"dır. PFL rəsmisi imtina səbəbindən xəbərsiz olduğunu bildirib: "Biz bütün klublara ölkə kubokunda iştirak üçün müraciət edirik. Onlar da qatılıb-qatılmayacaqlarını deyirlər. İştirak etməmə səbəbini özləri bilirlər".

Beləliklə, Azərbaycan Kubokunda Premyer Liqadakı 10 klubdan əlavə, I diviziondakı 16 komandanın yarısı mübarizə aparacaq. Hüseynov püşkatma sistemində heç bir dəyişikliyin edilməsini də əlavə edib.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan Kubokunun qalibi adına "Neftçi" layiq görülüb.







13 Oktyabr, 2014  12:08 Baxılıb: 847 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner