Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Sağlam yaşamaq istəyənlər bunları etsin – TÖVSİYƏ (FOTOLAR)

Bitki çaylarının insan orqanizminə faydası haqqında çox danışmağa ehtiyac yoxdu. Zaman-zaman hər kəs bitki çayları qəbul edir və onlardan faydalanmağa çalışır.

Havaların soyuq olduğu bir vaxtda immunitet sistemini gücləndirən, artıq çəkidən qoruyan, eyni zamanda bəzi problemlərinizin aradan qalxmasına yardım edən bitki çayları haqqında faydalı məsləhətləri paylaşmaq istədik.

Alma çayı

Qış aylarının yaxınlaşması ilə birlikdə bu mövsümə xas xəstəliklərə qarşı hər kəs bir sıra tədbirlər görməyə çalışır. Bunun üçün müxtəlif şəfalı bitkilərlə - çaylarla müalicə metodlarından istifadə edilir. Arıqlamaq istəyənlər bu şəfalı çayı seçə bilərlər. Bundan istifadə etməklə həzm sistemi yaxşılaşar və rahatlıqla arıqlaya bilərlər.

Alma çayı döş, qaraciyər və ağciyər xərçəngi hüceyrələrinin də böyüməsinin qarşısını alır.

Ağciyər fəaliyyətlərinin təşkil edilməsi üçün də bu şəfalı istehlak böyük şəfa təmin edər. Ən çox bilinən faydalarından biri də xolesterolu önləməsidi. Ümumiyyətlə faydaları arasında böyük əhəmiyyət daşıyan xolesterolu tədbirə təsiri ilə bədəndəki yağ nisbəti düzəlir. Çayının yanında suyu da mədə və bağırsaq fəaliyyətlərini tənzimləyir.

Ayrıca darçınlı çayı və limonlu çayı, darçın və limon maddələrinin də faydaları ilə əlavə şəfa qaynağıdır. Əgər siz də sağlam bir şəkildə zəifləmək, müxtəlif xərçəng xəstəliklərinə qarşı qorunmaq və bədən müqavimətinizi yaxınlaşan qış aylarına və soyuq havalara qarşı qorumaq istəyirsinizsə, mütləq bu şəfalı çaydan isdifadə etməlisiniz. Daha çox, çiy meyvə olaraq istehlak Alma, qida dəyəri başqa nəfəs darlığı və ürək xəstəliklərinə qarşı qoruyucudur. Bədəndən toksinlərin atılmasına köməkçi olar, lifli olduğu üçün bağırsaqları təmizləyər, qaraciyərində şikayət edənlər, rematizmalılar və hətta şəkər xəstələri belə almadan faydalana bilərlər. Qurudulmuş alma parçalarından çay edə biləcəyiniz kimi, qabığıyla kiçik parçalara böldüyünüz almaları qaynadaraq içinə istəsəniz limon və portağal qoyaraq çay olaraq dəmləyə bilərsiniz. Alma sakitləşdirici, yuxu vericidir, baş ağrılarına yaxşı gəlir. Təzə alma suyu dəriyə sürtdükdə toxumaları sağlamlaşdırar və bədəni gözəlləşdirər. Yazda toplanan almaçiçəkləri qurudularaq payız və qış aylarında qaynadılmış və sinəyə və öskürəyə yaxşı gələcək bir sirop əldə edilir. Nəfəs darlığını aradan qaldırır. Ürək xəstəliklərində faydalı ola bilər.

Razyana çayı

Razyana çayı körpəyə verilə biləcək qədər yüngüldür və xüsusilə qalınbağırsaq ağrılarına qarşı çox faydalıdır. Əzələləri yumuşaldan və spazmaya xeyri olan razyana çayı köpü azaldır. Ürəkbulanma və qarın ağrısından əziyyət  çəkənlər üçün istifadəsi məsləhətlidir. Razyana çayı aybaşı qabağı ağrıları, süd azlığı probləmlərinə xeyirdir. Qadınlıq yolundakı əzələləri genişlətdiyi üçün aybaşı zamanı ağrını azaldır. Razyana çayından ağrıyan gözlər üçün də istifadə etmək mümkündür. Belə ki, pambığı soyumuş çayda isladıb göz qapağı üzərində 10 dəqiqə saxlayırıq. Müddət tamam olduqdan sonra gözdəki ağrıların azaldığının özünüz şahidi olacaqsız.

Gicitkən çayı

Gicitkən otu kökündən tutmuş yarpaqları, toxumlarına qədər şəfalı bir bitkidi. Təzə ikən dəri ilə təmas zamanı dəridə qızartı və yanmaya səbəb olur. Gicitkən otundan böyrək daşının düşürülməsi üçün istifadə edilə bilər. Qan təmizləyici və qan artırıcı kimi ideal vasitədir. Mədəaltı vəz üzərində də çox müsbət təsirləri olduğu üçün, gicitkən otu çayı ilə qandakı şəkər səviyyəsi salına bilər. Sidik yolları xəstəlikləri və iltihabları xəstəliklərinin müalicəsində öz effektini göstərir. Yazda və payızda cücərdiyində, onunla 4 həftəlik bir çay müalicəsi etmək əhəmiyyətlidir. Səhərlər aç qarına, nahardan yarım saat əvvəl bir stəkan və gün boyunca 1-2 stəkan çayı qurtumlanaraq içilə bilər. Bu cür çay müalicələrindən sonra adam özünü izah edilə bilməyəcək qədər yaxşı hiss edə bilər. Qeyd etmək yerinə düşər ki, bu çayın ləzzəti də pis deyil. Lakin həssas insanlar çayın qəbulu zamanı ona bir az çobanyastığı və ya nanə əlavə edərək  qoxusunu dəyişdirə bilərlər.

Cökə çayı

Cökə çiçəyi çayı bir çoxlarının ağız dadına uyğun olmasa da olduqca faydalı bitkidir. Soyuq dəyməyə və öskürəyə qarşı ən effektli bitki dəmləməsi olan cökə çayı tərlədici və sakitləşdirici xüsusiyyətə malikdir. Tənəffüs yolu problemləri üçün faydalıdır. Yarpaqlarında çoxlu miqdarda xlorofil olduğu üçün qansızlığa qarşı əla vasitədir. Bronxit xəstələri üçün yararlıdır. Bəlğəm qovucudur. Qan dövranını nizama salır. Balla qarışdırılıb içilərsə mədə xorasına faydalıdır. Yemək yedikdən sonra qara çay içmək əvəzinə cökə çayını içmək həzm sisteminizin daha yaxşı çalışmasına kömək edir. Revmatizm xəstəliyinə müsbət təsir edir. Cökə çayını hazırlayarkən 1 stəkan qaynar suya 1 çay qaşığı qurudulmuş cökə töküb, 10 dəqiqə gözləyin ki, dəmlənsin. Diqqət edilməsi lazım olan şeylər vardır. Axşam saatlarında çox içilməməsinə diqqət etmək lazımdır. Bu yuxusuzluq probleminə gətirib çıxara bilər. Cökə çayı hazırlanan kimi içilməlidir. Yenidən qaynatmaq olmaz. Çünki uzun müddət qaynadılıb içildikdə orqanizm üçün mənfi təsirlər göstərə bilər.

 

Ardı var







10 Oktyabr, 2014  10:30 Baxılıb: 3293 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner