Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Türkiyədə iğtişaşlar - PKK polisləri hədəfə aldı - FOTOLAR

PKK Türkiyədə təşkil etdiyi iğtişaşlar yenidən genişlənib.

Simsar.az-ın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin Bingöl şəhərində polis idarəsinə edilən silahlı basqın nəticəsində iki yüksək rütbəli polis məmuru şəhid olub, ikisi isə  yaralanıb.

Mardin vilayətində PKK silahlılarının jandarm idarəsinə silahlı hücumu nəticəsində 1 nəfər həlak olub, 6 nəfər yaralanıb. Antep şəhərində isə terrorçuların açdıqları atəş dörd nəfərin həyatına son qoyub, biri polis olmaqla yaralanmış iyirmi nəfər xəstəxanalara yerləşdirilib. Viranşəhərdə 3 orta məktəb binası və bir mədəniyyət mərkəzi yandırlıb. Adanada motosikletdən atəş açan terrorçu iki polis nəfərini ağır yaralayıb.

Hüquq mühafizə orqanları iğtişaşların qarşısının alınması üçün tədbirlər görür. Gün ərzində ayrı-ayrı şəhərlərdə əhali tərəfindən də terrorçulara qarşı kütləvi etiraz nümayişləri keçirilib.

Xatırladaq ki, iğtişaşlar “İraq Şam İslam Dövləti” (İŞİD) terrorçu qruplaşmasının Suriyanın Kobani şəhərinin tutması bəhanəsi ilə başlanıb. Kürdlər Türkiyənin buradakı soydaşlarına hərbi dəstək verməsini tələb edirlər.

Simsar.az

 







10 Oktyabr, 2014  09:22 Baxılıb: 893 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner