Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Azad Rəhimova "Olimpiya ordeni" verildi

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, qurumun inzibati binasında keçirilən tədbir MOK İK-nin üzvü, əməkdar idman xadimi Ələkbər Məmmədovun xatirəsinin yad edilməsi ilə başlayıb.

İclasda MOK-un Antidopinq Komissiyasının yaradılması, Bakı-2015-ə hazırlığın gedişi, Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının bu il Bakıda təşkil olunması haqda müzakirələr aparılıb.

Qapalı keçirilən tədbirinin ardınca Çinin Nanjinq şəhərində keçirilən II Yay Olimpiya Oyunlarında medal qazanan 12 idmançımız MOK tərəfindən mükafatlandırılıb. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Azərbaycan millisinin 21 idmançı ilə qatıldığı yarışda 5 qızıl, 6 gümüş və 1 bürünc medal qazanması böyük uğurdur: “Özü də bu medalların 6 idman növündə əldə olunması çox fərəhlidir”.

Ç.Hüseynzadə İK-nin iclasının əlamətdar bir günə təsadüf etdiyini deyib. O bildirib ki, bu gün Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun 50 yaşı tamam olur. Vitse-prezident bu münasibətlə MOK İK tərəfindən təsis edilmiş “Olimpiya ordeni”ni Rəhimova təqdim edib.

Nazir ilk ordeninin idmanla bağlı olduğunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu mükafat Azərbaycan idmanının yüksəlişi, idmançılarımızın uğurunun göstəricisidir: “Sevinirəm ki, ilk ordenimi idmanla bağlı alıram. Bu, idmançıların ordenidir”.






8 Oktyabr, 2014  14:59 Baxılıb: 744 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner