Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Bu ölkələrdə evlənmək üçün detektiv tuturlar

Dünyanın böyük ölkələrində yeni bir ənənə sürətlə yayılmaqdadır. Əsası Hindistanda qoyulan evləndirmə agentlikləri indi Çin, İsrail və az da olsa Türkiyədə fəaliyyət göstərir. Hindistanda ailələr, gəlin-bəy namizədlərinin keçmişini araşdırmaq üçün detektiv tutur. Çində isə agentliklər zəngin iş adamlarına uyğun qismət tapmaq üçün ticarət mərkəzlərində dövr vururlar.

Hindistanda

Evlənəcəyi şəxsin keçmişinin, ailəsini, keçmiş sevgi macəralarını, həyatını, inancını və mal varlığını öyrənmək üçün detektiv tutma dəbi sürətlə bütün dünyada yayılır. Hindistan, Çin və İsrail bu sahədə siyahının başında yer alırlar. Türkiyədə də qeyri-rəsmi olaraq xidmət göstərən gəlin-bəy detektivlər daha çox boşanma məhkəmələri zamanı dövriyyəyə girir. Şəxsiyyətlərini açıqlamayan Türk agentləri nəfəqə və vəlayət mövzularında müştərilərinə məhkəməyə təqdim etmələri üçün dəlillər toplayırlar. Hindistandan isə gəlin-bəy agentliyi xidməti verən yüzlərlə şirkət var.

Hindistanda məşhur olan 53 yaşlıTaralika Lahiri isə özəl detektivlərdən sadəcə biridir. 18987- ci ildən bəri agent kimi fəaliyyət göstərir. Yanında 15 nəfər insan işlədir. “İnternetin geniş yayılması gəncləri ənənəvi tanışlıqdan kənarlaşdırıb. Heç kim ailəsinin tapdığı qismətlə evlənək istəmir artıq. Ailələr də belə vəziyyətlərdə bizə müraciət edirlər. Övladlarının bir ömür keçirəcəkləri şəxsin keçmişini, əvvəlki svgililərini və qazanclarını öyrənmək istəyirlər. Biz də qrupumuzla tələb olunana bütün məlumatları toydan əvvəl onlara təhvil veririrk” deyən Lahiri, hesabat başına ən az 500 dollar qazandıqlarını deyir. Detektiv Lahiriyə görə göstərdikləri xidmətdə ən çətin olan şey müştərilərini yola gətirməkdir: “Araşdırdığımız şəxslər müştərilərimizin bildiyindən fərqli çıxdıqda çox ciddi çətinliklər yaşayırıq. Çünki həmin şəxs evlənəcəyi adamın o vaxta qədər tanıdığı adam olmadığını öyrənmək istəmir. Buna görə də çox saylı fotolar təqdim etməyimiz lazım gəlir. Müştərilərimizin əksəriyyəti qadınlardır. Bunun da səbəbi də qadınlar, qadın detektivlərə daha asanlıqla güvənmələridir”.

Çində

Gəlin-bəy detektivlərinin ən çox rastlandığı digər ölkə Çindir. New York Times”ın verdiyi xəbərə görə Çindəki agentliklə daha çox”könül ovçuları” kimi tanınır. Könül ovçularının vəzifəsi varlı kişilərə uyğun həyat yoldaşı tapmaqdır. Ancaq onlar da eynən Hindistandak detektivlər kimi işləyirlər. Səkkiz nəfərlik qrupu olan 29 yaşlı Yang Jing də bir könül ovçusudur. Jing, varlı iş adamlarının özlərinə uyğun həyat yoldaşı tapmağa vaxtları olmadığına diqqət çəkir. Jing, qrupu ilə birlikdə ölkənin ən məşhur ticarət mərkəzlərinə baş çəkirlər. Müştərinin istədiyi fiziki xüsusiyyətlərə uyğun olan həyat yoldaşı tapmaq ilk mərhələdir. Sonra sıra həyat yoldaşının keçmişi və ailəsini araşdırmağa gəlir. Əgər bu mərhələdən də keçilərsə gəlin namizədi gələcək zəngin həyat yoldaşı ilə tanış edilir. Əgər toy həyata keçərsə Jingin kassasına 30 min dollar daxil olur. Jing: “Varlıların ən çox diqqət etdiyi xüsus, evlənəcəkləri şəxsin yaşı və bakirəlik məsələsidir. Tapdığımız bütün namizədlər bir ara bəhanə tapırdılar. Amma çinli tədqiqatçılara görə 2020-ci ildə Çində subay oğlanların sayı  24 milyona çatacaq. O zaman insanların bizə daha çox ehtiyacları olacaq”. Çində könül ovçularının bu səviyyyədə rəqabətlərinə səbəb isə ölkədəki varlı nüfuzun sürətlə böyüməsi və meqaşəhərlərə doğru köç etmələridir.

İsraildə

İsraildə isə Yəhudi olduqlarını isbat edə bilmədikləri üçün evlənə bilməyən yüzlərlə kişi var. İllərlə xarici ölkələrdə yaşayıb, sonra ölkəyə qayıdan israillilər qarşı-qarşıya qalırlar. Onlar da Yəhudi olduqlarını sübut etmək üçün soyköklərini araşdıracaq detektiv tuturlar. Ölkədə hər il minlərlə insan bunun üçün detektivlərə baş vurur.

Günel Musa







3 Oktyabr, 2014  12:26 Baxılıb: 1115 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner