Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Rəşad Sadıqov Azərbaycana qayıtmadı

“Qarabağ”ın futbolçusu Rəşad Sadıqov Avropa Liqasının “İnter”lə İtaliyadakı oyunundan sonra Azərbaycana qayıtmayıb. Simsar.az Apasport.az-a istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi Milandan Almaniyaya yollanıb.

Buna səbəb onun Azərbaycan millisinə dəvət olunmasıdır. Milandan Frankfurta yollanan Rəşad kapitanı olduğu yığmaya Almaniyada qoşulacaq.

Bu gün təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanacaq millinin açıqlanan heyətində adı olmayan Sadıqov sonradan heyətə daxil edilib. Buna “İnter” – “Qarabağ” qarşılaşmasını stadiondan canlı izləyən almaniyalı baş məşqçi Berti Foqts qərar verib.

Mütəxəssis zədəli olduğu üçün milliyə dəvət etmədiyi müdafiəçisinin Milandakı qarşılaşmada iştirak etdiyini görüb, onun yığmada da oynaması iqtidarında olduğu qənaətinə gəlib. Komandamızla Almaniyada görüşəcək kapitan AVRO-2016-nın seçmə mərhələsinin oktyabrın 10-da İtaliya, 13-də Xorvatiya ilə matçlarına hazırlaşacaq.

 






3 Oktyabr, 2014  09:38 Baxılıb: 933 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner