Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Fransız mətbuatı Bakıda keçiriləcək Avropa oyunlarından yazdı

Parisdə gündəlik nəşr olunan nüfuzlu “Les Echos” qəzetində 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqdan bəhs edən “Azərbaycan: Avropa Oyunları diqqət mərkəzində” sərlövhəli məqalə dərc olunub.

Simsar.az xəbər verir ki, məqalədə Azərbaycan hökumətinin Avropa Oyunlarını yüksək səviyyədə təşkil etmək və bununla da ölkəni dünya ictimaiyyətinə olimpiada vətəni kimi tanıtmaq istədiyi qeyd olunub. Məqalədə xüsusi vurğulanır ki, Avropa oyunlarının yüksək səviyyədə təşkil olunması Azərbaycana tez-tez belə beynəlxalq miqyaslı yarışların keçirməyə imkan verəcək.

Azərbaycanın Cənubi Qafqazda aparıcı dövlət olduğunu vurğulayan müəllif Olivye Bindən yazır ki, Azərbaycan inkişaf səviyyəsinə görə beynəlxalq aləmdə ciddi nüfuz qazanıb və qərb dövlətlərinin diqqətini özünə cəlb edib. Zəngin karbohidrogen ehtiyatları olan Azərbaycan, qeyri-neft sektorunu, o cümlədən turizm imkanlarını genişləndirməklə iqtisadiyyatını daha da inkişaf etdirməkdə maraqlıdır.

Məqalədə Azərbaycan xalqının tolerantlığı, Avropa və Asiya arasında körpü rolu oynadığı, ölkəmizin coğrafi məkanının mühüm strateji əhəmiyyət kəsb etdiyi, qərbə inteqrasiyada maraqlı olduğu barədə fransız oxucularına ətraflı məlumat verilib.

Məqalədə həmçinin bildirilir ki, Bakıda keçiriləcək ilk Avropa oyunlarında 50-yə yaxın ölkədən 6 mindən çox idmançının iştirak edəcəyi gözlənilir.

Oliviye Bundən Avropa Oyunlarının keçiriləcəyi stadionun 65 min tamaşaçı üçün nəzərdə tutulduğunu və bütün tələblərə cavab verən müasir tipli olacağını qeyd edib, bəzi yarışların "Bakı Crystal Hall"un səhnəsində keçiriləcəyini vurğulayıb.

Avropa oyunlarına hazırlığın vəziyyətini öyrənmək üçün təşkilat komitəsi rəhbərliyinin bir neçə dəfə Azərbaycana səfər etdiyi, oyunların televiziya kanalları vasitəsilə bütün dünyada yayımlanacağı da məqalədə yer alıb.

Müəllif qeyd edir ki, Azərbaycan hökuməti Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə ölkənin inkişaf strategiyasını dünya ictimaiyyətinə çatdırmaq istəyib.

Sonda bildirilir ki, 2024-cü ildə keçiriləcək Yay olimpiada oyunlarına ev sahiblik etmək istəyən namizəd şəhərlər arasında Bakının şansı daha çoxdur.







3 Oktyabr, 2014  08:00 Baxılıb: 807 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner