Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Arsenal” intiqam arzusunda - TƏHLİL

Bu gün Çempionlar Liqasının 2-ci turu çərçivəsində “Arsenal” “Qalatasaray”ı qəbul edəcək. 2000-ci ildə UEFA Kubokunun finalında İstanbul təmsilçisinə məğlub olan londonlular həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar. İngilis klublarına qarşı son 9 səfər görüşündə qələbəyə həsrət qalan “Cim-bom” isə uğursuz seriyanı qırmaq niyyətindədir.

“Sarı-qırmızılılar”da vəziyyət yaxşıdır

Həftəsonu Türkiyə “Super Liqası”nda “Sivasspor”u məğlub edən “Qalatasaray” 3 oyunluq qələbə həsrətinə son qoydu. Belə ki, Çezare Prandellinin yetirmələri Çempionlar Liqasının ilk turunda “Anderlext”lə oyunda Burak Yılmazın qolu ilə məğlubiyyətdən xilas olmuş, “Eskişehirspor”la qolsuz heç-heçəyə razılaşmış, “Balıkesirspor”la oyunda isə 0:2 hesabı ilə uduzmuşdu.

Matçdan əvvəl təşkil edilən mətbuat konfransında psixoloji cəhətdən qarşılaşmaya hazır olduqlarını deyən Prandelli Londondan başıuca ayrılacaqlarına inandığını dilə gətirib: “Burada Türkiyəni təmsil edirik. Məqsədimiz, öz oyunumuzu oynamaq və uğur əldə etməkdir. İnanıram ki, Londondan başıuca qayıdacağıq”.

Prandellidən fərqli olaraq, Arsen Vengerin vəziyyəti o qədər də ürəkaçan deyil. Belə ki, Aaron Remsi və Mikel Arteta zədə səbəbilə heyətdə yoxdur. Zədəsini yeni sağaldan Cek Uilşirin isə start heyətində yer alıb-almayacağı dəqiq bilinmir. Uzun müddət davam edən zədədən yenicə qayıdan Diabinin adı isə iştirak ərizəsinə salınmayıb. Venger Flamini, Çembers və Rositski arasından seçim etmək məcburiyyətindədir.

Bütün bunları nəzərə alaraq, komandaların aşağıdakı heyətlərlə meydana çıxacağını güman etmək olar:

“Arsenal”: Şesni, Çembers, Mertezaker, Kosielni, Gibbs, Flamini, Santi Kazorla, Mesut Özil, Oksleyd, Aleksis, Uelbek;

“Qalatasaray”: Muslera, Semih, Çedju, Tarık, Aleks Telyes, Melo, Selçuk, Dzemaili, Sneyder, Burak, Olcan.

Qeyd edək ki, “Arsenal” – “Qalatasaray” görüşü bu gün Bakı vaxtı ilə 23:45-də start götürəcək. Oyun Azərbaycan Televiziyası ilə canlı yayımlanacaq.

Vüsal Məmmədzadə







1 Oktyabr, 2014  11:13 Baxılıb: 880 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner