Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

İtaliya mətbuatı: “İnter” kağız üzərində favoritdir”

Bu həftə UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” Apenin yarımadasına səfər edəcək. Simsar.az xəbər verir ki, səfər öncəsi Ağdam təmsilçisi İtaliya mətbuatının diqqət mərkəzindədir. Oktybarın 2-i keçiriləcək matçdan öncə komandaların vəziyyəti haqqında məlumat verən Mondiali.net saytı “İnter”i kağız üzərində favorit hesab edir. Milan təmsilçisinin iki il öncə “San Siro”da “Neftçi” ilə heç-heçə etdiyini xatırladan informasiya portalı “Qarabağ”ın həftəsonu Bakı klubu üzərində qələbə qazandığını qeyd edib.

“İnter”in “Dnepr” səfərindən qələbə ilə qayıtması italiyanları ümidləndirsə də, onlar “mavi-qaralar”ın Avroliqa turnirində iddialı olacağını inanmırlar: “Bu yarışda “Qarabağ” və “Dnepr” kimi klublar daha iddialı görünürlər. “Sent Etyen”in Bakıda qələbəyə həsrət qalması, eləcə də, “Dnepr”in “İnter”ə qarşı göstərdiyi müqavimət bunu deməyə əsas verir”.

Qurban Qurbanovun uğurlarından danışan Mondiali.net “Qarabağ”ın Avrokuboklardakı uğurlarından da bəhs edib: “İnter” bu yarışda daha təcrübəli görünür. Lakin “Qarabağ” da təcrübəsiz deyil. Bu klub, xüsusilə, doğma meydanda möhtəşəm azarkeş dəstəyi qarşısında uğurlu nəticələr əldə etməyə öyrəşib”.

Rəqibin Milana məğlub olmaq üçün gəlməyəcəyini bildirən mondiali.net yazıya “Qarabağ”ın qolkiperi İbrahim Şehiçin sitatı ilə yekun vurub: “Bizim bu oyunda müdafiədə oturmaq fikrimiz yoxdur. Açıq oyunla bacardığımızı nümayiş etdirəcəyik”.

Qeyd edək ki, “İnter” – “Qarabağ” matçı oktyabrın 2-i Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.

Vüsal Məmmədzadə







29 Sentyabr, 2014  09:56 Baxılıb: 805 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner