Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsində oktyabrda Bolqarıstan və Azərbaycan millisi ilə qarşılaşacaq Xorvatiya yığmasının ilkin heyəti açıqlanıb.
Simsar.az xəbər verir ki, yığmanın baş məşqçisi Niko Kovaç qarşıdakı oyunlar üçün 25 futbolçuya dəvət göndərib.
Heyətdə qapıçılar - Daniel Subaşiç (“Monako”), Lovre Kaliniç (“Hayduk”), İvan Varqiç (“Rijeka”), müdafiəçilər - Dariyo Srna (“Şaxtyor”, Donetsk), Vedran Corluka (“Lokomotiv”, Moskva), Deyan Lovren (“Liverpul”), İvan Striniç (“Dnepr”), Sime Vrsaljko (“Sassuolo”), Domaqoy Vida (“Dinamo”, Kiyev), Marko Leskoviç (“Rijeka”), Hrvoje Miliç (“Rostov”), İvan Tomeçak (“Rijeka”), yarımmüdafiəçilər - Luka Modriç (“Real”, Madrid), İvan Rakitiç (“Barselona”), Mateo Kovaçiç (“İnter”), Marselo Brozoviç (“Dinamo”, Zaqreb), Daniel Pranyiç (“Panatinaykos”), Domaqoy Antoliç (“Dinamo”, Zaqreb), Alen Haliloviç (“Barselona” B), İvan Perisiç (“Volfsburq”), hücumçular - Mario Mandzukiç (“Atletiko”, Madrid), İvisa Oliç (“Volfsburq”), Nikisa Yelaviç (“Hall Siti”), Andrey Kramariç (“Rijeka”) və Duje Kop (“Dinamo”, Zaqreb) yer alıblar.