Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

İnternat evi sakini Olimpiya Oyunlarında çempion oldu

ƏƏSMN-nin Saray internat evinin sakini Avropa Xüsusi Yay

Olimpiya Oyunlarında qızıl medala sahib olub.

Simsar.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saray 7 saylı internat evinin sakini Tağıyev Həbib Vəli oğlu Belçikanın Antverpen şəhərində keçirilən növbəti “Avropa Xüsusi Yay Olimpiya Oyunları 2014” yarışlarında qızıl və gümüş medallara sahib olub.

Əqli cəhətdən qüsurlu idmançılar arasında keçirilən, dünyanın 58 ölkəsindən 2000 nəfər idmançının iştirak etdiyi bu beynəlxalq səviyyəli mötəbər idman tədbirində Həbib Tağıyev bacarıqlı idmançı kimi diqqəti cəlb edib. O, stolüstü tennis üzrə şəxsi yarışları gümüş, qarışıq yarışları isə qızıl medalla başa vurub. H.Tağıyev uzun müddətdir ki, idman sahəsində özünü sınayır və indiyədək bir çox yarışlarda mükafatlar əldə edib.

Qeyd edək ki, “Avropa Xüsusi Yay Olimpiya Oyunları 2014” bu oyunlarda iştirak edən, 27 idmançıdan ibarət Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, Azərbaycan idmançıları bu yarışlarda atletika, badminton, basketbol, cüdo, stolüstü tennis, üzgüçülük növlərində uğurlu nəticələr nümayiş etdirərək,  8 qızıl, 8 gümüş, 4 bürünc medal qazanıblar.

 

 

 






25 Sentyabr, 2014  09:48 Baxılıb: 798 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner