Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Ölən futbolçunun klubu cəzalandırıldı

Afrika Futbol Konfederasiyası (AFK) Əlcəzairin "Kabuliya" klubunu beynəlxalq yarışlardan kənarlaşdırıb.

Simsar.az-ın Qol.Az-a istinadən verdiyi məlumata görə, buna ötən ay Əlcəzair çempionatında keçirilən "Kabuliya" və "Əlcəzair" matçında meydan sahiblərinin futbolçusu Albert Ebossenin tribunadan atılan daş nəticəsində ölməsi səbəb olub.

Hadisə ilə bağlı araşdırma aparan AFK "Kabuliya" klubunu iki il beynəlxalq yarışlardan kənarlaşdırmaqla cəzalandırıb. Cəzaya əsasən Əlcəzair təmsilçisi qarşıdakı iki ildə Afrika Çempionlar Liqasında iştirak edə bilməyəcək. Əlcəzair Futbol Federasiya da adı çəkilən klubu cəzasız qoymayıb. "Kabuliya" klubu ev və səfər oyunları zamanı stadionda azarkeş dəstəyindən məhrum olacaq.

Qeyd edək ki, “Kabuliya” və “Əlcəzair” oyununda tribunadan bir azarkeş tərəfindən meydançaya atılan daş 25 yaşlı futbolçu Albert Ebossenin başına dəymişdi. Kamerunlu futbolçu dərhal xəstaxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Ebosse Əlzair çempionatında 17 qolla 2013/14 mövsümünün bombardiri olub.

 






23 Sentyabr, 2014  18:42 Baxılıb: 863 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner