Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhsil İdarəsindən aşağı qiymətlə bağlı şikayətə REAKSİYA

Bir müddət əvvəl Bakının bəzi orta ümumtəhsil məktəblərində şagirdlərin aşağı qiymət alması əsas gətirilərək, dərsə buraxılmaması ilə bağlı Simsar.az-a şikayət daxil olmuşdu.

Xatırladaq ki, şikayətçi Aytəkin Məmmədova bildiribmişdi ki, övladları Məmmədov Ruhan və Orxan Bakının 18 saylı orta məktəbinə qəbul edilmirdi. Məktəb əsas gətirirdi ki, adıçəkilən şagirdlər daha əvvəl tədris aldıqları təhsil müəssisəsində 3 qiymət alıblar.

Qeyd edək ki, məktəblilərin biri 9-cu, digəri isə 4-cü sinif şagirdləridir.

Məsələ ilə bağlı Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi məlumatlandırıldıqdan sonra məktəb tərəfindən yaradılan süni maneə aradan qaldırılıb.

Valideyn Aytəkin Məmmədova Simsar.az-a bildirib ki, Bakı Şəhər Təhsil İdarəsinin məsələyə müdaxiləsindən sonra övladlarının məktəbə qəbulunda yaradılan problem həll olunub.

Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arzu Tairquluyeva Simsar.az-a açıqlmasında bildirib ki, qiymətləri aşağı olan şagirdlərin məktəblərə qəbul olunmaması və buna görə də məktəbə buraxılmaması barədə qayda yoxdur: “Bakı şəhərində gündəliyində 3 qiyməti olan şagirdləri direktor məktəbə götürmürsə valideynlər dərhal Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etsinlər”.

Aysel Kərimova

 

 

 






22 Sentyabr, 2014  17:05 Baxılıb: 768 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner