Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Kristof Qaltye: "Qarabağ" bizdən təcrübəlidir"

“Bildiyiniz kimi, ötən il Fransa çempionatında yaxşı çıxış etdik. Ümid edirəm ki, Avroliqada da belə çıxış edərik”. Apasport.az saytının məlumatına görə, bunu “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye deyib.

Sabah “Qarabağ” Avroliqanın qrup mərhələsi çərçivəsində ilk oyununu “Sent-Etyen”ə qarşı keçirəcək. “Yaşıllar”ın baş məşqçisi olan Qaltye zədəlilər haqqında danışıb: “Zədəli oyunçularımızdan birinin topuğundan zədəsi var. Digər futbolçularımızın da ayağında problemlər var. Onları oynatmağa risk etmədiyimdən, bura gətirmədim. Hollandiyalı van Volsfinkel isə ailə səbəbləri üzündən vətənindədir”.

48 yaşlı çalışdırıcı daha sonları bunları qeyd edib: “Biz bu oyunda çox yaxşı hazırlaşmışıq. Komandamız əla vəziyyətdədir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bəli, “Qarabağ”ın son oyununu izləmişik. Biz onların bütün avrokubok matçlarını izləmişik. Deyə bilərəm ki, onların təcrübəsi bizdən çoxdur. Çünki onlar son illər ölkələrində çox titul qazanıb. “Qarabağ” Azərbaycan millisinin əsasını təşkil edir. Orda çoxlu cənubi amerikalı oyunçular var”.

5 ildir ki, Sent-Etyen klubuna məşqçilik edən Qaltye statistika haqqında bunları deyib: “Yox, qorxu termin deyil. Amma bu faktdır ki, “Qarabağ”ın təcrübəsi bizimkindən çoxdur. Biz Avroliqaya çox maraq göstəririk. Qrupdan növbəti mərhələyə çıxmaq istəyirik. Avroliqada heç bir komanda açıq futbol oynamır. Açıq oynayan cəzalanır”.

Qaltye məğlub olacaqları təqdirdə necə olacağına aydınlıq gətirib: “Heç kim uduzanda sevinmir. “Qarabağ”a uduzsaq, təbii ki, pis olacağam. “Qarabağ”ın təcrübəli olması hələ bizim məğlub olmağımız deyil. Biz sabah ağıllı oynamaqla burdan məğlub ayrılmaya bilərik. Mən “Qarabağ”ın son oyunlarını izləmişəm. Onların güclü və zəif cəhətlərini bilirik. Ağdamın işğal olunması haqqında danışmaq istəmirəm. Siyasətə qarışmaq istəməzdim”.






17 Sentyabr, 2014  19:49 Baxılıb: 930 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner