Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Millimizin Dünya Çempionatı üçün heyəti açıqlandı

Dünya çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti dəqiqləşib. Simsar.az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Faiq Qarayev mundialda güvənəcəyi oyunçuları müəyyənləşdirib.

Təcrübəli mütəxəssis sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada baş tutacaq yarışa yollanmazdan öncə 4 voleybolçudan imtina edib. O, ilkin heyətdə adları olan Şəfaqət Həbibova, İrina Makarenko, Leyla Parşkova (hər üçü “Azərreyl”) və Ülkər Kərimovanı (“Lokomotiv”) klublarının düşərgəsinə yollayıb.

Qarayev 15 nəfərlik yekun heyətə zədəli Kseniya Kovalenkonun adını da daxil edib.

Azərbaycan millisinin heyəti

4. Oksana Parxomenko, 14. Kristina Yaqubova, 8. Natəvan Qasımova, 2. Kseniya Kovalenko, 6. Ayşən Abduləzimova, 15. Aynur Kərimova, 18. Yelizaveta Səmədova, 3. Anastasiya Qurbanova, 5. Odina Əliyeva, 7. Yelena Parxomenko, 17. Polina Rəhimova, 11. Yekaterina Jidkova, 10. Yana Ağayeva, 1. Ceyran Əliyeva, 16. Oksana Kiselyova

Qeyd edək ki, Azərbaycan millisi Yaponiya, Çin, Puerto-Rika, Belçika və Kuba ilə D qrupunda yer alıb. Hazırda İtaliyada olan yığmamız dünya çempionatının startına kimi İtaliya ilə 3 yoxlama matçı da keçirəcək.

 






17 Sentyabr, 2014  09:43 Baxılıb: 849 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner