Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Millimiz qrupda qaldı

Avropa çempionatının seçmə mərhələsində çıxış edən 19 yaşadək futbolçu qızlardan ibarət Azərbaycan millisinin taleyinə aydınlıq gəlib. Simsar.az xəbər verir ki, Bakıda keçirilən 2-ci qrupun oyunları başa çatmamış yığmamızın mərhələni adlamayacağı dəqiqləşib.

Buna millimizin ardıcıl 2 məğlubiyyət alması səbəb olub. İlk turda Ukraynadan 1, dünən isə Danimarkadan 3 cavabsız qol buraxan Patrisiya Qonzalesin yetirmələri üçün 2-ci pillə əlçatmaz olub.

Belə ki, həm Danimarka, həm də Ukrayna 6 xal toplamaqla qrup qalibinin adına son turun öz aralarındakı oyununda aydınlıq gətirəcək. Millimiz isə sonuncu olmamaq üçün xalsızların duelində Kiprlə üz-üzə gələcək.

Yarışın qaydalarına əsasən yalnız qrup qalibləri birbaşa II seçmə mərhələyə yüksəlir. İkinci pillə sahibləri arasında isə ən pis göstəriciyə malik komanda mübarizəni dayandırır. Digər 10 milli isə qrup qalibləri və I mərhələdən azad İngiltərə, İspaniya, Fransaya qoşulur.

 






16 Sentyabr, 2014  12:10 Baxılıb: 818 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner