Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: “Hər gün içinizdə daha çox nəyi bəsləyirsiniz?”

Yaşlı bir hindu qəbilə başçısı evinin önündə nəvəsi ilə oturub yaxınlıqda bir-biri ilə boğuşan iki köpəyi izləyirdi. Köpəklərdən biri bəyaz, digəri isə qara idi və on iki yaşındakı uşaq özünü tanıyandan bəri o köpəklər hər zaman babasının evinin önündə boğuşub dururdular. Babasının həmişə  göz önündə tutduğu, yanından ayırmadığı iki iri köpək idi  bunlar. Uşaq evi qorumaq üçün bir itin kifayət etdiyi halda, ikincisinə ehtiyac olmasını, itlərinin rənginin birinin ağ, digərinin qara olmasının səbəbini öyrənmək istəyirdi. O, maraqla babasından bu barədə soruşanda yaşlı başçı müdrik bir təbəssümlə nəvəsinin başına tumar çəkdi və dedi: “Onlar  mənim üçün iki simvoldur, övlad...”

“Nəyin simvolu”, - deyə uşaq soruşdu.

“Yaxşılıq və pisliyin simvolu... Bu gördüyün köpəklər  kimi, xeyir və şər içimizdə davamlı olaraq mübarizə aparır.  Onları seyr etdikcə hər zaman elə bunu düşünürəm. Onun  üçün onları yanımda saxlayıram.”

Uşaq bu zaman “mübarizə varsa, qazananı da olmalı”  deyə düşündü və hər uşağa xas bitməyən suallarına yenisini  əlavə etdi: “Baba, bəs, səncə hansı bu mübarizəni qazanar?”

Müdrik başçı dərin bir gülümsəmə ilə nəvəsinə baxdı və  dedi: “Mən hansını daha yaxşı bəsləsəm, o!”

Bəli, biz içərimizdə nəyi çox bəsləyiriksə əməllərimizə,  sonra da taleyimizə çevrilir...

Hər gün içinizdə daha çox nəyi bəsləyirsiniz? Hər gün  bu barədə düşünməli və içimizdə nəyi bəslədiyimizə diqqət  etməliyik... Unutmamalıyıq ki, insanlığımız məhz bundan  asılıdır...







16 Sentyabr, 2014  08:50 Baxılıb: 1476 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner