Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Yaqub Eyyubov qaş düzətlmək əvəzinə, göz çıxardı” – POLİTOLOQ

“Krımın işğalı ilə bağlı Rusiyaya haqq qazandırmaq dolayısıyla Ermənistana haqq qazandırmaqdır”.

Simsar.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının Bakıda keçirilən iclasında çıxış edən Baş nazirin müavini Yaqub Eyyubovun "Heç kim Rusiyanı sındıra bilməz, o, heç vaxt diz çökməyəcək, əksinə, sanksiyalar onu daha da möhkəmləndirəcək" çıxışına münasibət bildirərkən deyib.

Politoloq deyib ki, sanksiyalar Rusiyaya qarşı ona görə tətbiq edilib ki, Ermənistan Dağlıq Qarabağı işğal etdiyi kimi, Rusiya da Krımı ilhaq edib, Moskva Ukraynanı parçalayaraq bu ölkədə "ikinci Dağlıq Qarabağ" yaradıb: “Bu məsələdə Rusiyaya haqq qazandırmaq, dolayısıyla Ermənistana haqq qazandırmaq deməkdir. Yaqub Eyyubov diplomatik dildə deyə bilərdi ki, Azərbaycan Avropa Birliyi ilə Rusiya arasındakı qarşıdurmanın əleyhinədir, bütün məsələlərin danışıqlar yoluyla həllinin tərəfdarıdır. Yoxsa, qaş düzətlmək yerinə gözü də vurub çıxarmaq lazım deyildi”.

Hüseyn İbadlı







15 Sentyabr, 2014  15:16 Baxılıb: 1615 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner