Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Məhəmmədrəsul Məcidovun rəqibləri bəlli oldu

AİBA Pro Boxing (APB) yarışında superağır çəki dərəcəsində mübarizə aparacaq idmançıların da adlarına aydınlıq gəlib.

Simsar.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, dünya və Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bu çəkidə əsas favoritlərdən sayılır.

Onun əsas rəqibləri 2011-ci ilin Avropa çempionu rusiyalı Məhəmməd Omarov, 2 dəfə dünya çempionatının bürünc mükafatçısı olmuş almaniyalı Erik Pfeyfer və WSB liqasının döyüşlərində pis təsir baöışlamayan rumıniyalı Mihay Nistor olacaq.

Qeyd edək ki, Məcidov artıq iki dəfə Omarovla üz-üzə gələrək, hər iki qarşılaşmada qalib gəlib. Boksçumuz Rusiya nümayəndəsini həm London Olimpiadasının ¼ finalında, həm də ötən il Almatıdakı dünya çempionatında məğlub edib. Superağır çəki dərəcəsində APB-nin döyüşləri Bakıda keçiriləcək. Məhəmmədrəsul Məcidovdan başqa, Braziliya Olimpiadasına lisenziya verən bu yarışda Cavid Çələbiyev (56 kq) və Fariz Məmmədov da gücünü sınayacaq. APB-nin püşkatma mərasimi sentyabrın 17-də Astanada olacaq.

Məhəmmədrəsul Məcidov (Azərbaycan) – 27 yaşı var. 2 qat Dünya çempionu (Bakı, 2011-ci il, Almatı, 2013-cü il), Avropa çempionu (Minsk, 2013-cü il). 2012-ci il London Olimpiadasının bürünc mükafatçısı.

 

Mihay Nistor (Rumıniya) – 23 yaşı var. 4 qat Rumıniya çempionu.

Erik Pfeyfer (Almaniya) – 27 yaşı var.2 dəfə dünya çempionatının bürünc mükafatçısı (Bakı, 2011-ci il, Almatı, 2013-cü il).

Fakundo Sezar Ghiglioni (Argentina) – 31 yaşı var. “Argentina Condors” komandasının heyətində WSB liqasının iştirakçısı.

Sergey Verveyko (Ukrayna) – 26 yaşı var. WSB liqasının iştirakçısı.

Ouatah Nevfel (Fransa) – 28 yaşı var. Peşəkar boksda 13 döyüşdən 12-də qalib gəlib.

Məhəmməd Arjaoui ( Mərakeş) - 27 yaşı var.  2008-ci il Pekin Olimpiadasının iştirakçısı.

Məhəmməd Omarov (Rusiya) – 24 yaşı var. Avropa çempionu (Ankara, 2011-ci il).







15 Sentyabr, 2014  14:20 Baxılıb: 761 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner