Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

“Bir əsgər kimi erməni rəqibimi məğlub etməliydim” – VİDEO

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı başa çatıb.

Çempionatın son günündə keçirilən yunan-Roma güləşi yarışlarında bürünc medala sahib olan güləşçimiz Rəsul Çunayev həlledici görüşdə erməni rəqibini 23 saniyə ərzində tam üstünlüklə məğlub edib və qələbəsini yenə özünəməxsus qeyd edib.

Simsar.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, yarış haqqında təəssüratlarını bölüşən Rəsul Çunayev bir əsgər kimi, erməni rəqibini məğlub etməli olduğunu bildirib:

"Bu bizim ilk görüşümüz deyildi. Bundan əvvəl Tehranda keçirilən dünya kuboku yarışlarında qarşılaşmışdıq və mən 9:0 hesabı ilə qalib gəlmişdim. Onda əsgər deyildim. İndi bir əsgər kimi, erməni rəqibimi məğlub etməliydim. Bura çempionluq üçün gəlmişdim. Ancaq bəzi məqamlar buna mane oldu. Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsindən sonra məni hərbi xidmətə çağırdılar. Buna görə də dünya çempionatına bir həftə qalmış məşqlərə qoşula bildim. Burada ikinci görüşdən sonra tam bərpa ola bilmədim, türk idmançı ilə görüşə vaxtından əvvəl çağırdılar, ona görə də məğlub oldum. Avropa çempionatında finalda, burda isə, yarımfinalda uduzdum. Daha çox çalışmalıyam ki, gələn il dünya çempionu olum".






15 Sentyabr, 2014  10:11 Baxılıb: 734 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner