Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

"Barça" qalib gəldi, "Fənər" Trabzonda sülhə razılaşdı

Həftəsonu Avropanın yaşıl meydanlarında futbol həyəcanı davam edib

Simsar.az xəbər verir ki, İspaniya “La Liqa”sında növbəti tur Madrid “Real”ının məğlubiyyəti ilə yadda qalıb. Paytaxt derbisində “Atletiko” ilə qarşılaşan “Kral klubu” doğma meydanda rəqibə boyun əyib. “Barselona” isə 3-cü oyununda da qələbə sevinci yaşayaraq turnir cədvəlinin zirvəsini əlində saxlayıb.

 

İspaniya

 

“Almeriya” 1-1 “Kordoba”

“Barselona” 2-0 “Atletik Bilbao”

“Malaqa” 0-0 “Levante”

“Real” 1-2 “Atletiko”

“Selta Viqo” 2-2 “Real Sosiyedad”

“Rayo Valekano” 2-3 “Elçe”

“Valensiya” 3-1 “Espanyol”

“Sevilya” 2-0 “Getafe”

“Qranada” 0-0 “Vilyarreal”

 

Tura “Eybar” – “Deportivo” görüşü ilə yekun vurulacaq.

 

İngiltərə “Premyer Liqası”nda “Mançester Yunayted” nəhayət ki, qələbə sevinci yaşayıb. “Kuins Park Reyncers”lə qarşılaşan “Qırmızı şeytanlar” rəqibə aman verməyiblər. Turun mərkəzi oyununda isə “Arsenal” və “Mançester Siti” klubları sülhlə ayrılıblar.

 

İngiltərə

 

“Arsenal” 2-2 “Mançester Siti”

“Çelsi” 4-2 “Suonsi”

“Kristal Pelas” 0-0 “Börnli”

“Sauthempton” 4-0 “Nyukasl”

“Stok Siti”0-1 “Leyçester”

“Sanderlend” 2-2 “Tottenhem”

“Vest Bromviç Albion” 0-2 “Everton”

“Liverpul” 0-1 “Aston Villa”

“Mançester Yunayted” 4-0 “KPR”

 

Tura “Hall Siti” – “Vest Hem” matçı ilə yekun vurulacaq.

 

İtaliya “A Seriya”sında “Milan”, “Yuventus” və “Roma” liderliyini qoruyub. “Qoca sinyora” mərkəzi oyunda “Udineze”dən üstün olub. “Milan” 9 qolun vurulduğu “Parma” ilə matçda qalib gəlib. “Roma” isə “Empoli”ni məğlub edib.

 

İtaliya

 

“Empoli” 0-1 “Roma”

“Yuventus” 2-0 “Udineze”

“Sampdoriya” 2-0 “Torino”

“Kalyari” 1-2 “Atalanta”

“Fiorentina” 0-0 “Cenoa”

“İnter” 7-0 “Sassuolo”

“Latsio” 3-0 “Çezena”

“Napoli” 0-1 “Kiyevo”

“Parma” 4-5 “Milan”

 

Tura “Verona” – “Palermo” görüşü ilə yekun vurulacaq.

 

Almaniya “Bundesliqa”sında “Bayer” xal itirib. Bunun nəticəsində, “Bavariya” və “Hannover” zirvəyə şərik olublar.

 

Almaniya

 

“Bayer” 3-3 “Verder”

“Bavariya” 2-0 “Ştutqart”

“Borussiya Dortmund” 3-1 “Frayburq”

“Herta” 1-3 “Maynts”

“Hoffenhaym” 1-1 “Volfsburq”

“Paderborn” 0-0 “Köln”

“Borussiya Münhenqladbax” 4-1 “Şalke”

“Ayntraxt” 0-1 “Auqsburq”

“Hannover” 2-0 “Hamburq”

 

Türkiyə “Super Liqası” bu tur “Trabzonspor” – “Fənərbaxça” oyunu ilə yadda qalıb. Bərabər səviyyədə keçən görüş qolsuz heç-heçə ilə başa çatıb.

 

Türkiyə

 

“Gənclərbirliyi” 1-2 “Bursaspor”

“Karabükspor” 0-0 “İstanbul Başakşehir”

“Qalatasaray” 0-0 “Eskişehirspor”

“Konyaspor” 2-0 “Balıkesirspor”

“Kasımpaşa” 2-2 “Mersin”

“Qaziantepspor” 2-2 “Ərciyəzspor”

“Trabzonspor” 0-0 “Fənərbaxça”

 

Tura “Beşiktaş” – “Rizespor” və “Akhisar” – “Sivasspor” oyunları ilə yekun vurulacaq.

 

Vüsal Məmmədzadə

 

 






15 Sentyabr, 2014  09:09 Baxılıb: 748 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner