Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: Necə sirdaş istərdiniz?

İki qonşu ölkənin hökmdarları bir-biri ilə savaşmazdı, amma hər fürsətdə bir-birini rahatsız edərdilər. Doğum  günləri, bayramlarda qəribə ərməğanlar göndərərək qarşısındakına zəka göstərisi etmək üçün fürsət axtarardılar.  Hökmdarlardan biri günlərin birində ölkəsinin ən önəmli  heykəltaraşını hüzuruna çağırdı. Ondan qızıldan bir-birinin  tam eynisi olan üç insan heykəlini düzəltməsini istədi. Aralarında bir fərq olacaqdı, amma bu fərqi sadəcə ikisi biləcəkdi.

Heykəllər hazırlandı və doğum günündə qonşu ölkə  hökmdarına göndərildi. Heykəllərin yanına bir məktub da  qoyulmuşdu. Heykəlləri hazırlatdıran hökmdar belə yazırdı:

“Doğum gününü bu üç qızıl heykəl ilə təbrik edirəm. Bu üç  heykəl bir-birinin tam eynisi kimi görünə bilər, amma içlərindən biri digər ikisindən daha çox dəyərlidir. O heykəli  tapdığında mənə xəbər et”.

Hədiyyəni alan hökmdar öncə heykəllərin çəkisini yoxlatdırdı. Üç heykəlin çəkisi tamamilə eyni idi. Hökmdar  ölkəsində sənətdən nə qədər anlayan insan varsa, çağırtdı.  Hamısı da heykəlləri böyük bir diqqətlə incələdilər, amma  aralarındakı fərqi görə bilmədilər. Günlər keçdi. Bütün ölkə  hökmdarın sıxıntısını duymuşdu və heç kim çözüm tapa bilmirdi. Sonunda hökmdarın hədsiz üsyankar olduğu üçün həbsə atdırdığı bir gənc xəbər göndərdi. Heykəllər arasındakı fərqi çözə biləcəyini, amma bunun üçün incələməsinə izn  verilməsini istədi. Yaxşı təhsilli, ağıllı və zəka sahibi olan bu  gənc hökmdarın bəzi addımlarına qarşı çıxdığı üçün zindana  atılmışdı. Başqa çarəsi olmayan hökmdar bu gənci çağırtdırdı. Gənc öncə heykəlləri diqqətlə incələdi, sonra çox incə  bir tel gətirilməsini istədi. Teli birinci heykəlin qulağından saldı, tel heykəlin ağzından çıxdı. İkinci heykələ də eyni  üsulu tətbiq etdi. Tel bu dəfə o biri qulağından çıxdı. Üçüncü  heykəldə tel qulaqdan girdi, amma bir yerdən çıxa bilmədi.  Ancaq telin sığa biləcəyi bir kanal qəlb cərgəsinə qədər enirdi, amma oradan başqa yerə getmirdi.

Cavan oğlan gəldiyi nəticəni anlatmağa başladı: “Böyük kralım, bu bilməcənin cavabının açıq bir kitab kimi qarşınızda durduğunu düşünürəm. Bizim, sadəcə, bu  kitabı oxumağa çalışmağımız lazımdır. Gördüyünüz kimi,  hər insanın bir-birindən fərqli olması kimi, bu üç heykəl də  fərqlidir. Birinci heykəl bizə dərhal duyduqlarını başqalarına söyləyən insanları xatırladır. İkinci heykəl isə eşitdiyini bir qulağından girib digərindən çıxan insanlara bənzəyir. Üçüncü heykəl isə duyduqlarını özündə saxlayan və ona görə davranan insanlar kimidir. Hökmdarım, bu özəllikləri göz  önündə qoyaraq heykəllərin dəyərinə qərar verə bilərsiniz.

Hansını sirdaş olaraq istərsiniz? Heç bir şeyi özündə saxlaya  bilməyəni? Sözlərinizə sabun köpüyü qədər dəyər verməyəni? Yoxsa sözlərinizi etibar edilən bir tərzdə saxlayanı?”







13 Sentyabr, 2014  08:59 Baxılıb: 1505 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner