Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Ağasəlim Mircavadov: “Böyük oyun”da böyüklük qalmayıb”

Vaxtilə həm “Neftçi”də, həm də “Xəzər Lənkəran”da baş məşqçi olmuş Ağasəlim Mircavadov “Böyük oyun” öncəsi fikirlərini Simsar.az-la bölüşüb.

- Bu tur “Neftçi” – “Xəzər Lənkəran” oyunu ilə yadda qalacaq. “Böyük oyun”dan hansı nəticəni gözləyirsiniz?

- “Böyük oyun”da böyüklük qalmayıb. Amma yenə də “Neftçi” – “Xəzər” duelinin intriqası və özünəməxsus ab-havası var. Maraqlı oyun gözləyirəm.

- Sizcə, hazırkı vəziyyətdə favorit hansı komandadır?

- Hazırkı vəziyyətdə hansısa tərəfi favorit kimi qiymətləndirmək düzgün olmazdı. Hər iki klub mövsümə pis başlayıb. Qeyri-stabil oyun sərgiləyirlər. Bu oyunda favorit tərəfdən daha çox oyunun maraqlı alınması mənə maraqlıdır. Maraqlı oyun Azərbaycan futbolunun inkişafına xidmət edir.

- Arif Əsədovun gəlişi “Neftçi”də nələri dəyişəcək?

- Yaxşı mütəxəssisdir. Artıq onu təbrik etmişəm. Uğurlar arzu edirəm. Ümid edirəm, hər şey “Neftçi” üçün uğurlu olacaq.

- “Neftçi” rəhbərliyi oyunun yayımlanmasını istəmir. Buna münasibətiniz necədir?

- Bu, klub rəhbərliyin qərarıdır. Nəsə deyə bilmərəm. Amma yaxşı olar ki, oyunu  televiziya vasitəsilə də təqdim edərdilər. Təkcə bu oyunu yox, istər Naxçıvandakı, istər Bakıdakı oyunları, fərq etməz. Yaxşı olardı ki, bütün oyunları göstərərdilər. Bu da futbolun məşhurlaşması və sevdirilməsi baxımından vacibdir.

- Çempionatın startında hansı klubun çıxışı diqqətiniz çəkdi?

- Məni təəccübləndirən hansısa klub olmayıb. Sadəcə, bəzi maraqlı nəticələr qeydə alınıb. Məsələn, “Xəzər Lənkəran”ın doğma meydanda “Sumqayıt”a uduzması. Həmçinin, turnir cədvəlinə “Sumqayıt”ın liderlik etməsi də diqqətçəkəndir. Düzdür, onlar ilk 3 xallarını texniki qələbə ilə əldə ediblər, amma komanda olaraq da gözəl oyun sərgiləyirlər.

Hələ ki, çempionatda startdır. Əsas hadisələr qabaqdadır. Qarşıdakı turlarda kimin həqiqətən güclü, kimin zəif olduğu məlum olacaq.

Vüsal Məmmədzadə

 






12 Sentyabr, 2014  14:33 Baxılıb: 891 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner