Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: “Buraxmanız lazım gələni buraxmadan azad ola bilməzsiniz”

Konfutsi bir gün əlində bir şüşə stəkan , o biri əlində isə  çox böyük qırmızı alma ilə sinfə daxil olur. Girər-girməz sağ  əlini havaya qaldıraraq soruşur: “Bu əlimdə gördüyünüz şey  nədir?”

“Stəkan!..” deyə xor halında tələbələr cavab verdilər.

Konfutsi digər əlini havaya qaldırdı: “Bəs bu nədir?”

“Alma...”

Əllərini endirdi. Stəkanı masanın üstünə qoydu. Əlindəki almanı içinə atdı. Gülümsəyərək sinfə döndü: “Stəkandan  çıxarmağı bacaran almanı yeyəcək”. Uşaqlardan biri qalxdı.

“Mən çıxara bilərəm”.

“Gəl, çıxar, baxaq”, - Konfutsi dedi. Tələbə əlini stəkana  rahatca saldı, almanı asanlıqla ovcuna aldı, amma heç cür  çıxara bilmədi. Alma ilə birlikdə əli stəkanın ağzından çıxmırdı. Fəqət, o, almanı da buraxmaq istəmirdi. Konfutsiyə  yalvarış dolu gözlərlə baxdı: “Müəllim, əlimi çıxarda bilmirəm”.

“Almanı burax”, - Konfutsi dedi.

“Amma almanı yemək istəyirəm.”

Bütün siniflə birlikdə Konfutsi də qəhqəhə çəkdi: “İki  şeyə eyni anda hər zaman qovuşa bilmirsən, oğlum. Seçim  etmək məcburiyyətində qala bilərsən”.

Uşaq düşünür, yollar axtarır, amma tapa bilmirdi. Ya əli  stəkanda qalacaqdı, o zaman onsuz da almaya qovuşmayacaqdı, ya da almadan vaz keçib əlini qurtaracaqdı. Hər ikisində almanı yemək zövqündən məhrum qalırdı. Məcburən  almadan vaz keçdi, əlini qurtardı. Konfutsi sinfə diqqətlə  baxdı, “Bəs bu almanı stəkandan mən çıxara bilərəmmi?”

“Xeyr!.. - bütün sinif bağırdı. - İmkansız...”

Konfutsi isə onların imkansız dediyimi edə bilir. Hər kəsin gözünün önündə ovcunu açır. Stəkanı tərs çevirir və alma  yuvarlanaraq əlinə düşür. Bu nəticəni görən hər kəs çox təəccüblənir. Bu qədər sadə bir üsul nə üçün onların ağıllarına  gəlməmişdi? Konfutsi isə hər kəsin əksinə son dərəcə ciddi  görünürdü.

“Uşaqlar, əslində bu, göründüyü qədər sadə bir şey deyil,” – dedi.

“Amma çox sadə, ”- deyə uşaqlardan biri cavab verdi.

“Stəkanı tərs çevirincə alma ovcunuza düşdü.”

“Görünənə aldanma, övlad”, - deyən Konfutsi danışan uşağa döndü. Alma tutan əlini havaya qaldırıb, hər kəsə  göstərdi: “Gərəkdiyi zaman bir şeyi buraxa bilmək, gerçək-dən sadə bir şey deyil”.

Buraxmanız lazım gələn şey bəzən bir alma ola bilər;

Buraxmanız lazım gələn şey bəzən bir məqam ola bilər;

Buraxmanız lazım gələn şey bəzən bir rütbə ola bilər;

Buraxmanız lazım gələn şey bəzən bir ünvan ola bilər;

Buraxmanız lazım gələn şey bəzən bir insan ola bilər;

Buraxmanız lazım gələn şey bəzən ən sevdiyiniz ola  bilər...

“Unutmayın: Buraxmanız lazım gələni buraxmadan azad, sərbəst ola bilməzsiniz...”







12 Sentyabr, 2014  08:42 Baxılıb: 1444 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner