Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Stadnik uduzdu, Ratkeviç finalda

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir.

Simsar.az xəbər verir ki, çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kq çəki dərəcəsində qadın güləşçilər yarışıb.

48 kq çəki dərəcəsində Olimpiadanın gümüş və bürünc mükafatçısı, Dünya və dördqat Avropa çempionu Mariya Stadnik mübarizəyə 1/16 finaldan başlayıb. Böyük Britaniyadan Yana Rattiqan, Çin təmsilçisi Çun Lei və Argentina idmançısı Patrisia Bermudezi tam üstünlüklə məğlub edən güləşçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Polşa güləşçisi İvonna Matkovska ilə gərgin keçən qarşılaşmada uduzan Mariya bürünc medal görüşünə çıxacaq.

60 kq çəki dərəcəsində mübarizə aparan Olimpiadanın bürünc mükafatçısı, Dünya və Avropa çempionu Yuliya Ratkeviç finala qədər maneəsiz irəliləyib. O, ardıcıl olaraq İsveç güləşçisi Malin Yohanna Mattssonu, Kanada təmsilçisi Kristina Fazzarini, yarımfinalda isə Bolqarıstan idmançısı Taybe Yusseini mübarizədən kənarlaşdırıb. Final görüşündə Yuliya Ratkeviç Monqolustan güləşçisi Tserençimend Suxe ilə qarşılaşacaq.

Xatırladaq ki, çempionatın ilk iki günündə sərbəst güləşçilər mübarizə aparıb. Sərbəst güləşçilərimiz çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurub. Komanda hesabında yığmamız 4-cü pillədə qərarlaşıb.

 

48 kq

1/16 final - Yana Rattigan (GBR) - Mariya Stadnik 0:11

1/8 final - Mariya Stadnik - Çun Lei (CHN) 7:0

1/4 final - Mariya Stadnik - Patrisia Bermudez (ARG) 10:0

1/2 final - Mariya Stadnik - İvonna Matkovska (POL) 3:5

Bürünc medal görüşü - Mariya Stadnik

 

60 kq

1/8 final - Malin Yohanna Mattsson (SWE) - Yuliya Ratkeviç 3:4

1/4 final - Kristina Fazzari (CAN) - Yuliya Ratkeviç 4:8

1/2 final - Yuliya Ratkeviç - Taybe Yussein (BUL) 11:8

FİNAL - Tserençimend Suxe (MGL) - Yuliya Ratkeviç

 

69 kq

1/16 final - Nadya Sementsova - Svetlana Saenko (MDA) 4:1

1/8 final - Erszebet Yets (CAN) - Nadya Sementsova 12:9







10 Sentyabr, 2014  13:19 Baxılıb: 790 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner