Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: Gerçək zənginliyə aparan yol...

Gənclər arasında oxumağa, öyrənməyə meyldən daha çox  qısa zamanda çox pul qazanmağa meylli olanları görəndə  çox təssüflənirəm. Əslində bizi lazım olan gerçək zəngin-liyə aparan yol yalnız oxumaqdan, öyrənməkdən keçir. Ger-çək zənginliyə aparan yol barədə bu hekayəni ilk dəfə oxu-yanda çox xoşuma gəlmişdi və anlayan üçün çox dərin məna  daşıyır.

Böyük Səlcuq Sultanlığı dövründə kiçik bir şəhərdə tək  oğlu olan bir dul qadın yaşayırmış. Ölümün yaxınlaşdığını  hiss edincə, oğlunu çağırir və ona belə deyir: “Çox çətinlik içində yaşadıq, çünki kasıbıq, amma sənə böyük bir zən-ginlik əmanət edirəm. Onu mənə güclü bir cadugər hədiyyə  etmişdi. İçində böyük bir dəfinəyə çatmaq üçün bütün lazım  olan işarələr mövcuddur. Mənim bunu oxuyacaq nə taqətim,  nə də zamanım var. İndi onu sənə əmanət edirəm. Təlimatla-ra əməl etsən, çox zəngin olacaqsan!”

Anasını itirməyin verdiyi dərin üzüntü keçdikdən sonra  oğul o qədim və dəyərli böyük kitabı oxumaq üçün əlinə  aldı. Kitabın baş hissəsində belə yazılmışdı: “Xəzinəyə çat-maq üçün səhifələri çevirmədən oxuyun. Əgər dərhal nəticə  hissəsinə keçsəniz, kitab bir sehirlə öz-özlüyündə yox olacaq  və xəzinəyə çata bilməyəcəksiniz”. Bundan sonra isə uzaq  bir ölkədə yığılmış olan zənginliyin miqdarından bəhs edilir və bu xəzinənin bir mağarada çox yaxşı qorunmaqda olduğu  yazılırmış. İlk səhifələrdəki farsca mətn bir yerdə kəsilirmiş  və bundan sonrası ərəb dilində davam edirmiş. Özünü indi-dən zəngin olaraq görməkdə olan gənc başqaları da bu sirri  öyrənib, ona yanlış bilgi verərək xəzinəyə sahib olmasınlar  deyə mətni tərcümə etdirməyə təşəbbüs etmir. Onun yerinə  böyük bir ehtirasla ərəb dilini öyrənməyə başlayır, sonun-da mətni mükəmməl şəkildə oxuyacaq hala gəlir. Fəqət, bir  nöqtədən sonra kitab Çin dilində davam edirmiş, sonra da  başqa dillər gəlirmiş. Gənc adam əzmlə və səbirlə bunların  hamısının öhdəsindən gəlir. Bu arada yaşamaq üçün lazım  olan pulu da öyrənmiş olduğu dillərdən təmin etməyi bacarır  və bir müddət sonra paytaxtın ən yaxşı tərcüməçilərindən  biri olaraq tanınır. Beləliklə, bir zaman sonra həyatı qaydasına düşməyə başlayır.

Bir çox dildə yazılmış olan bir çox səhifədən sonra ki-tabda bu xəzinənin necə idarə edilməsi gərəkdiyinə dair tə-limatlar varmış. Gənc adam istəkli bir şəkildə iqtisad və ti-carəti öyrənir, ayrıca, xəzinəni bir dəfə ələ keçirdikdən sonra  aldadılmalara məruz qalmamaq üçün qiymətli metalların və  ləl-cəvahiratların, daşınan və daşınmaz əşyaların dəyərləri-ni təyin etməyi də öyrənir. Bu arada daha yaxşı bir həyat qurmaq üçün öyrəndiklərini tətbiq də etməyə başlayır. Hətta  onun çox dil bilən və maliyyədən yaxşı anlayan biri olaraq  şöhrəti saraya, hətta krala qədər çatır. Ona öncələr bəzi ki-çik vəzifələr təqdim edən kral sonunda onu krallıqda yüksək  vəzifəyə təyin edir. Gənc kitabın sonuna doğru yaxınlaş-dıqca texniki mövzular başlayır. Böyük qapı necə inşa edilir, böyük daş kütlələri necə çıxardılır, yol inşası zamanı  yolları sahmanlamaq üçün dolanbaclı yerlər necə doldurulur  və buna bənzər məsələlər izah edilirmiş. Bu sirrini əsla bir  kimsə ilə paylaşmayı düşünməyən və dolayısıyla heç kim-sədən yardım almayan o dul qadının oğlu beləliklə bilikli  və sayılan bir adam olur. Daha sonra mühəndislik və şəhər  planlamasını öyrənir. Çünki başqa cür kitabı oxumaq müm-kün deyilmiş. Nəhayət, mədəniyyəti çox təqdir edən kral onu vəkili və sarayın memarı təyin edir və sonunda vəzirliyə  kimi yüksəldir. Gerçəkdən bütün krallıqda artıq onun qədər  elmli, Xəzinə Kitabını oxuyacaq qədər qabiliyyətli bir adam  yox imiş. Nəhayət, son səhifəyə gəlir və bu son səhifəni oxu-yacağı gün artıq kralın qızı ilə toy günü imiş. Gənc  ən son  səhifəni çevirib bu son cümləni oxuyur: “Bilmək ən böyük  xəzinədir!”

P.S: Məncə, şərhə ehtiyac yoxdur. Gerçəkdən də  elm, bilgi, bilmək ən böyük xəzinədir! Bu həqiqəti zamanında dərk edənlərin xoş halına!..







10 Sentyabr, 2014  09:27 Baxılıb: 1508 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner