Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Almaniya millisinin üzvü Azərbaycan çempionatında

“Azəryol” növbəti transferini rəsmiləşdirib. Simsar.az xəbər verir ki, paytaxt təmsilçisi Almaniya millisinin liberosu Lenka Dürrlə anlaşıb.

24 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. Hazırda millisinin düşərgəsində olan Lenka yeni komandasına dünya çempionatından sonra qoşulacaq.

Bununla, “Azəryol”un müqavilə imzaladığı oyunçuların sayı 10-a çatıb. Yeni mövsümdən Aleksandr Çervyakovun çalışdıracağı komanda daha öncə yığma oyunçularımızdan Oksana Parxomenko, Odina Əliyeva, Ceyran Əliyeva, Anastasiya Qurbanova, həmçinin serbiyalılar Yovana Brakoçeviçlə Yelena Nikoliç, bolqarıstanlılar Straşmira Filipovayla Lora Kitipova, kanadalı Tabita Lav və braziliyalı Andressa Pikussa ilə müqavilə bağlayıb.

Xatırladaq ki, Dürr ötən mövsüm “İqtisadçı”da çıxış edərək, Super Liqanın bürünc medalını qazanıb.






9 Sentyabr, 2014  09:48 Baxılıb: 842 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner