"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində bu gün 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Bolqarıstan oyunu canlı yayımlanacaq.
Simsar.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər görüşü İctimai televiziya vasitəsi ilə canlı izlə biləcək.
Qeyd edək ki, Azərbaycan – Bolqarıstan oyunu saat 21:00-da başlayacaq.