Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qənirə Paşayeva: “Cənnətin, yoxsa cəhənnəmin qapısını açırsan?”

Cənnətin və cəhənnəmin qapılarını özümüzə bu dünya-dan açmağa başlayırıq əslində....

Cənnət qapılarını elmlə, gözəl əxlaqla, yaxşı əməllərlə  açmağa başlayırıq...

Cəhənnəm qapılarını isə cahilliklə, əxlaqsızlıqla, pis  əməllərlə, nəfsimizə məğlub olmaqla açmağa başlayırıq...

Samiray və Zen ustadı Hakuinin “Gerçəkdən də cənnət  və cəhənnəm varmı?” - deyə başlayan bu maraqlı həyat he-kayəsi qısa olsa da əslində bu barədə düşünməyə səsləyən,  böyük məna daşıyan gözəl bir hekayədir:

Bir samuray bir gün Zen ustadı Hakuinin qarşısına çıxıb  soruşur: “Gerçəkdən də cənnət və cəhənnəm varmı?”

Ustad “Kimsiniz?” deyə suala sual ilə cavab verdi.

“Bir samurayam.”

“Sənmi?”- deyə Hakuin dodağını büzdü. “Özünə bir  diqqətlə bax. Kim səndən doğru-dürüst xidmət uma bilər?  Daha ziyadə dilənçini xatırladırsan!”

Əsəbdən qıpqırmızı olan samuray qılıncını çəkdi. Haku-in isə davam etdi: “Vay, qılıncı da var imiş! Amma o qədər bacarıqsıza bənzəyirsən ki, hətta başımı da kəsə bilməzsən!”

Əsəbdən qanı beyninə sıçrayan samuray qılıncını qaldır-dı. Ustanı vurmağa hazır idi. O anda Hakuin sakitcə “bax,  cəhənnəmin qapıları belə açılır” - dedi.

Ustadın soyuqqanlı davranışına təəccüblənən samuray  qılıncını qınına saldı və onun qarşısında ehtiramla əyildi.

Ustad sözünü belə bitirdi: “Cənnətin qapıları da belə açı-lır.”

Cənnətin qapılarını elə bu dünyadan yavaş-yavaş aça  bilənlər gerçəkdən də mutlu insanlardır. Çünki onlar yaşa-dıqları hər anın, hər dəqiqənin qiymətini bilərək öz əməlləri  ilə, işləri ilə o qapını elə bu dünyadan özləri üçün açmağı  bacarırlar. Əslində hər şey çox sadədir. Bu dünyadakı həya-tımızla, əməllərimizlə hər dəqiqə, hər gün ya cənnətin ya da  cəhənnəmin qapılarını özümüz üçün bir az daha geniş açırıq,  aralayırıq. Sadəcə hansı qapını açdığımızın fərqində olmalı-yıq. Çünki dönüş mümkünsüz, sonrakı peşimançılıq isə faydasız olur...







9 Sentyabr, 2014  08:48 Baxılıb: 1216 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner