Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Püşkatmanın vaxtı açıqlandı

AİBA-nın yeni proekti olan AİBA Pro Boxing-in (APB) ilk mövsümünün püşkatma tarixi məlum olub. Simsar.az xəbər verir ki, tədbir sentyabrın 17-də Qazaxıstanın Almatı şəhərindəki AİBA Boks Akademiyasında keçiriləcək.

Sentyabrın 14-dən 17-ə kimi orada həm də boksçular üçün müxtəlif seminarlar da təşkil olunacaq. Sentyabrın 17-də Qazaxıstan vaxtı ilə saat 12-də Boks Akademiyasının açılış mərasimi keçiriləcək. Tədbirdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, AİBA prezidenti Çinq Ko Vu və digər rəsmi şəxslər iştirak edəcəklər.  Püşkatma mərasimi açılışdan sonra olacaq. Artıq hər çəki dərəcəsində iki reytinq favorit müəyyənləşdirilib ki, onlar püşkatmada “səpələnmişlər” sırasında olacaqlar.

Xatırladaq ki, APB yarışlarında 3 boksçumuz – Cavid Çələbiyev (56 kq), Fariz Məmmədov (69 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) mübarizə aparacaqlar. Hər çəki dərəcəsində iki idmançı 2016-cı ildə keçiriləcək Braziliya Olimpiadasına lisenziya qazanacaq. APB-də ilk döyüşlər oktyabrın 24-də start götürəcək.

Qeyd edək ki, superağır çəki dərəcəsində döyüşlərin Bakıda keçirilməsi nəzərdə tutulub.

 






6 Sentyabr, 2014  08:32 Baxılıb: 777 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner