Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

NASA alimindən çağırış: “Yadplanetlilərin hücumuna hazır olmalıyıq”

“Yer hər an hücuma məruz qala bilər. Bunun üçün insanları hazırlamaq lazımdır”. Simsar.az xəbər verir ki, bu sözləri NASA alimi Endryu Dorson CBS kanalında canlı yayımlanan bir verilişdə deyib. Onun sözlərinə görə, Yer kürəsi yadplanetlilər üçün cəzbedici bir məkandır və onlar bizim planetdən xəbər tutsalar, ələ keçirmək üçün hərəkətə keçəcəklər: “Biz uzun illərdir kosmosu dinləyirik. Hələ ki, heç nə eşitməmişik. Ancaq bu o demək deyil ki, biz kainatda təkik. Çox güman ki, bizdən başqa da canlılar var. Onları görə bilməsək də, inanırıq”, - deyən Dorson sözünə Yeri gözləyən təhlükələrlə davam edib: “Yer yaşayış üçün ideal bir planetdir və kainatda bu cür məkanların sayı çox olmamalıdır. Buna görə, düşünürəm, yadplanetlilər bizim planetdən xəbər tutsalar, işğal üçün hücuma keçəcəklər”.

Alimin fikirlərini Hollivud kinolarına bənzədən aparıcı Elinda Mak Qreqer yadplanetlilərlə sövdələşməyin mümkün olub-olmadığı ilə maraqlanıb. “Onların necə bir varlıqlar olduğundan xəbərsizik. Ona görə, sizin sualınıza cavab verə bilməyəcəyəm”, - deyən Endryu Dorson, “Biz onları hücumdan əvvəl tanımaq üçün səy göstəririk”, - deyə fikrini tamamlayıb.

Qeyd edək ki, NASA 2030-cu il üçün hazırladığı layihədə yadplanetlilərlə əlaqə qurmağı planlaşdırır.

Vüsal Məmmədzadə







5 Sentyabr, 2014  10:26 Baxılıb: 1150 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner