Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Bolqarıstan millisində QALMAQAL

Futbol üzrə Bolqarıstan yığmasının üzvləri ölkə futbol federasiyasının rəhbərliyinə müraciət ünvanlayıb. Simsar.az Azerisport.az-a istinadən xəbər verir ki, komanda üzvləri Fransada keçiriləcək AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanacaqları halda 2,2 milyon avro mükafat əldə etmək istəyirlər. Lakin Bolqarıstan Futbol İttifaqı onların bu istəyini qəbul etməyib.

Sentyabrın 2-də Bolqarıstan yığmasının üzvləri ilə BFİ rəhbərliyi arasında görüş də baş tutub. Lakin tərəflər yenə razılığa gələ bilməyiblər. Bu məsələnin AÇ-nin seçmə mərhələsi çərçivəsindəki Azərbaycanla ilk oyundan sonra yenidən gündəmə gəlməsi gözlənilir.

Qeyd edək ki, UEFA AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanacaq hər ölkə yığmasına 5,5 milyon avro ayıracaq. Bu üzdən bolqar futbolçular həmin gəlirdən 40 faizinin də onlara verilməsini arzulayırlar.

Federasiya rəhbərliyinin bu imtinasına səbəb isə onların oyunçuların tələb etdiyi məbləği yüksək hesab etməsidi. Digər tərəfdən UEFA növbəti Avropa Çempionatının formatında və iştirakçı sayında dəyişiklik etdiyi üçün qitə birinciliyinə vəsiqə qazanmaq xeyli asanlaşıb və bu üzdən BFİ hədər yerə oyunçulara artıq mükafat vermək istəmir.

Qeyd edək ki, Bolqarıstanla Azərbaycan arasındakı oyun sentyabrın 9-da Bakıda keçiriləcək.

 






4 Sentyabr, 2014  16:23 Baxılıb: 845 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner