Almaniya "Avro-2020"-nin final və yarımfinal matçlarına ev sahibliyi etməkdən imtina etdiyi üçün namizədliyini geri götürüb.
Simsar.az-ın məlumatına görə, Almaniya Futbol Federasiyasının baş katibi Helmut Sandrok "Sportbild" jurnalına müsahibəsində bildirib ki, "Avro-2024"-ün Almaniyada təşkil olunması üçün belə bir addım atıblar.
2020-ci il Avropa Çempionatının yarımfinal və final matçılarını qəbul etməyə əsas namizədlərdən biri İngiltərədir. Lakin H.Sandrukun sözlərinə görə, İngiltərə də "Avro-2024"də namizədliyini irəli sürməyəcək və Almaniyaya dəstək verəcək.