UEFA klubun ev oyunlarının 1 saat tez başlamasına razılıq verib.
Simsar.az xəbər verir ki, Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ”ın bütün ev oyunlarının başlanma saatı bəlli olub. Qarşılaşmalar xəbər verildiyi kimi 22:00-da yox, 1 saat tez başlayacaq.
Xatırladaq ki, Ağdam təmsilçisi ev oyunlarını aşağıdakı tarixlərdə keçirəcək:
18 sentyabr
21:00. “Qarabağ” – “Sent-Etyen”
6 noyabr
21:00. “Qarabağ” – “Dnepr”
11 dekabr
21:00. “Qarabağ” – “İnter”
Vüsal Məmmədzadə